"Biz irəlilədikcə gözəl Vətənimizə, qardaş Azərbaycana və məzlumların yaşadığı bütün coğrafiyalara günəş ən isti, ən aydın şəklində doğacaq".
Far.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayrakdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar "Texnofest Qaradəniz"in açılışında çıxışı zamanı bildirib.
"Heç vaxt ümidinizi itirməyin. Bu mübarək hədəfə gedən yolda məğlub olmaq yoxdur. Bilirəm ki, günəşüzlü körpələrin aydınlığı palçıqla sıvana bilməz", - deyə Bayraktar vurğulayıb.
Far.Az