Bugün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq" Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"
Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq
Qazaxıstanda veyp rəsmən qadağan edilib Qazaxıstanda veyp rəsmən qadağan edilib
Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb
Lavrov: Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır Lavrov: Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır
Lavrov: İrəvanın Rusiya sülhməramlıları ilə bağlı iddiaları əsassızdır Lavrov: İrəvanın Rusiya sülhməramlıları ilə bağlı iddiaları əsassızdır

5-11-2022, 20:57 498

ASCO-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib ASCO-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Report xəbər verir ki, tədbirdə ASCO rəhbərli

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ASCO rəhbərliyi, müharibədə iştirak etmiş əməkdaşlar, Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ASCO-da çalışan valideynləri ilə yanaşı, xüsusi qonaq qismində Vətən Müharibəsi Qəhrəmanı, Şuşanın azad olunması zamanı şəhərə ilk girən 3 bölmədən birinin komandiri Zaur Hüseynov da iştirak edib.

Zəfər Günü tədbiri Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra Həcər Əkbərovanın layihə rəhbərliyi və şəhid övladlarının iştirakı ilə hazırlanan “Şəhid övladlarının zəfər sədası” adlı kompozisiya təqdim olunub.

Tədbirdə çıxış edən ASCO-nun sədri Rauf Vəliyev “Şəhid övladlarının zəfər sədası” layihəsində iştirak edən şəhid övladlarına təşəkkür edib: “Sizin atalarınız Vətən, torpaq uğrunda qəhrəmancasına vuruşub və şəhidlik zirvəsinə ucalıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə onlar bizə illərdir həsrətində olduğumuz Qarabağımızı yenidən bəxş ediblər. Ona görə də hər zaman başınızı dik tutun. Sizin atalarınızla indi bütün Azərbaycan qürur duyur.”

Rauf Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən haqq savaşında qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb.

Sədr bildirib ki, Vətən müharibəsi zamanı yağı düşmənin torpaqlarımızdan qovulmasında fədakar Azərbaycan dənizçilərinin də payı var.

Döyüşlərin başladığı ilk günlərdən ASCO ailəsinin bütün üzvləri Ali Baş Komandanın və Ordumuzun yanında idi. Bundan başqa, Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbə və məzunlarından döyüşlərdə iştirak edənlər var idi. Bu təhsil ocaqlarının məzunlarından 11 nəfəri isə şəhidlik zirvəsinə ucaldı. Həmçinin, 6 nəfər həmkarımızın övladı Vətən müharibəsində canından və qanından keçərək şəhid oldu. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, biz varıq şəhidlərimiz unudulmayacaq, onların xatirəsi həmişə əziz tutulacaq.

Sədr Şəhid ailələrinin və qazilərin dövlət qayğısı ilə əhatələndiyini, bu məsələyə ASCO-da da xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

ASCO rəhbəri bildirib ki, tarixi zəfərlə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan qısa müddətdə miqyası çox böyük olan işlər görüb. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ilə yanaşı, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçmiş məcburi köçkünlərin ata-baba yurduna qayıdışının təşkili istiqamətində də artıq əməli addımlar atılır.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında 44 günlük döyüşlərlə bağlı təəssüratlarını bölüşüb. O, qələbəmizin əldə olunmasında ordu-dövlət-xalq birliyinin əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra çıxış üçün söz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan, Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilən Azərbaycan Ordusunun kapitanı Pərviz Məmmədovun atasına – ASCO-nun Bibiheybət” Gəmi Təmiri və Tikintisi Zavodunun gəmi boruçəkəni Ələddin Məmmədova verilib. O, çıxışında övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirib.

Vətən müharibəsindən sonra ASCO-da işə qəbul olunan, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallara layiq görülən Emil Abbaszadə Vətən müharibəsində keçdiyi döyüş yolundan, rəşadətli ordumuzun qəhrəmanlığından danışıb. Emil Abbaszadə Vətən müharibəsi zamanı xalqımızın həmrəyliyi və birliyinin döyüş meydanında olan hər kəsə böyük güc verdiyini, onları daha da irəliləməyə sövq etdiyini bildirib.

Tədbirdə 44 günlük Vətən müharibəsi zamanı ASCO-nun haqq mübarizəmizə, ordumuza dəstəyini, eyni zamanda müharibədən sonrakı dövrdə bu istiqamətdə gördüyü işləri əks etdirən video nümayiş etdirilib. Daha sonra müstəqil Azərbaycanın ərazi bütövlüyü üçün canından və qanından keçən və keçməyə hazır olan dənizçilərdən bəhs edən “Hər biri qəhrəmandır” kitabının II cildinin təqdimatı olub.

Sonda tədbir iştirakçıları Zəfər Gününə həsr olunmuş “Unudulmaz Zəfər” sənədli filmini izləyiblər.

Tədbir çərçivəsində şəhid övladları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) inzibati binasında yaradılan “Qarabağ Azərbaycandır!” guşəsi ilə tanış olublar. Həmçinin, onlar sülh rəmzi olaraq havaya göyərçin buraxıblar.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Region

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

Biznes

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Region

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Region

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Region

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
Tokatda 5,6 maqnitudada zəlzələ olub

Region

Tokatda 5,6 maqnitudada zəlzələ olub

Tokatda 5,6 maqnitudada zəlzələ olub
SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Energetika

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

Futbol

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb