Gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ" klubunun Belçikada "Gent"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.
"Far.Az"un məlumatına görə, nazir şəxsi feysbuk səhifəsində foto paylaşaraq "İnanırıq" yazıb.
Qeyd edək ki, bu gün "Gelamko Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 1:0 hesabı ilə qalib gəlib.