Bugün
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
Tokatda 5,6 maqnitudada zəlzələ olub Tokatda 5,6 maqnitudada zəlzələ olub
SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər
Gürcüstan müxalifətinin parlamentin qarşısında quraşdırdığı səhnələr sökülür Gürcüstan müxalifətinin parlamentin qarşısında quraşdırdığı səhnələr sökülür
Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib

26-02-2023, 20:57 401

Moskvada Xocalı faciəsinin 31 illiyinə həsr olunmuş konfrans keçirilib Moskvada Xocalı faciəsinin 31 illiyinə həsr olunmuş konfrans keçirilib Fevralın 26-da Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Səfirliyin və Heydər Ə

Fevralın 26-da Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə diplomatik korpusun və Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diaspor üzvləri, Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu qeyd edib ki, bu gün biz, Xocalı soyqırımı nəticəsində həlak olan yüzlərlə günahsız dinc sakinin əziz xatirəsini ehtiramla yad edirik.

O bildirib ki, Bu xatirə Azərbaycan xalqının birliyinin simvoluna çevrilib. Aradan illər keçməsinə baxmayaraq, dinc əhaliyə qarşı törədilən cinayətlərin vəhşiliyi ilə barışmaq çox çətindir. Belə miqyasda faciələrin unudulmasına imkan vermək olmaz. Biz, cəzasızlığa və sükuta son qoymalı, Xocalının günahsız qurbanlarına münasibətdə ədaləti bərpa etməliyik. Diplomat bildirib ki, bəşəriyyətə qarşı törədilmiş bu qanlı cinayətə siyasihüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması və onun dünya səviyyəsində soyqırım kimi tanınması məqsədilə ümummilli lider tərəfindən başladılmış kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Həmçinin faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü 2 ilə həyata keçirilən və həm Azərbaycanda, həm də xaricdə gənclərin çox fəal iştirak etdiyi “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası mühüm rol oynayır. O, tədbirdə iştirak edən gənc nəslin nümayəndələrinə müraciət edərək, Xocalı soyqırımı ilə bağlı mötəbər məlumatları gələcək nəsil və beynəlxalq ictimaiyyətə çatdırılmasının onların müqəddəs vəzifəsi olduğunu xatırladıb. 2020-ci ildə, 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın rəşadətli ordusu və igid oğulları güclü, qətiyyətli və müdrik Ali Baş Komandanın rəhbərliyi ilə tarixi torpaqlarımızı işğaldan azad edib. Bütün dünya ordumuzun nə qədər qüdrətli və müasir, əsgər və zabitlərimizin döyüş ruhunun nə qədər yüksək, Azərbaycan xalqının iradəsinin və Prezidentinə inamının nə qədər güclü və sarsılmaz olduğuna əmin olub. İşğalın ağır nəticələrinə baxmayaraq, bu gün Azərbaycan regionda vəziyyətin sabitləşməsi üçün postmünaqişə dövrünün sülh yolu ilə nizamlanmasına və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına sadiqliyini bildirib. Hazırda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar olması, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün tarixi imkan yaradıb. Sonda Azərbaycan Səfiri vurğuladı ki, Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş cinayət kimi bəşəriyyət tarixinin qanlı səhifə olan Holokostla eyni sıradadır. O, həmçinin Azərbaycanda heç vaxt antisemitizm təzahürlərinin olmamasından və burada yaşayan bütün xalqların milli mədəni irsi inkişaf etdirmək və qorumaq üçün bərabər hüquqlardan istifadə etməsindən qürur duyduğunu bildirib.

Tədbirdə "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, ictimai xadim, diplomat, politoloq və “Siyasi araşdırmalar institutunun” baş direktoru Sergey Markov, “Avrasiya İdeyaları Mərkəzi” Elmi Tədqiqatlara Dəstək Fondunun ekspert şurasının sədri, politoloq Qriqoriy Trofimçuk, “ALEF” yəhudi hərəkatının sədri Abram İxiilov, RAGB fəalları Fatimə Qəhrəmanlı və Tərlan Həmzəyev də çıxış ediblər.

İqor Korotçenko qeyd edib ki, Xocalıda baş verən hadisələrə müasir dövlətlərin parlamentləri, o cümlədən Rusiya Dövlət Duması tərəfindən 3 hüquqi qiymətin verilməsinə nail olmaq lazımdır. Bu gün Rusiya xalqı da Azərbaycan xalqının Xocalı faciəsini bölüşdürür.
Sergey Markov faciədən bəhs edərkən, günahkarların cəzalandırılmasının vacibliyini önə çəkib. Qriqoriy Trofimçuk illər keçməsinə baxmayaraq 26 fevral tarixinin heç vaxt unudulmayacağını qeyd edib və günahkarların mütləq cəzalandırılmalı olduqlarını vurğulayıb. Çıxışlarında 26 fevralın Azərbaycan tarixinin ən ağır faciəvi səhifəsi olduğunu vurğulayan natiqlər, dünya ictimaiyyətinin bu soyqırıma diqqətini cəlb etmək üçün “Xocalıya ədalət” kampaniyası çərçivəsində ardıcıl obyektiv işlərin aparılmasının vacibliyini önə çəkiblər. Dinc əhalinin kütləvi qətliamı kimi Xocalı soyqırımının dünya tarixində dərin iz qoyduğu da vurğulanıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani divan tutmaq üsulları ilə bütün bəşəriyyətə qarşı tarixi cinayət olduğu sözləri səsləndirilib.

Qeyd edək ki, bu gün, 26 fevral 2023-cü il tarixində Səfirliyin binasının önündə Xocalı faciəsində qətlə yetirilənlərin xatirəsinə həsr olunmuş stend quraşdırılıb. Səfir Polad Bülbüloğlu və Səfirliyin əməkdaşları, Azərbaycan Respublikasının dövlət qurumlarının Rusiyadakı nümayəndələri, o cümlədən Moskvadakı soydaşlarımız, diaspor fəalları, Rusiyada təhsil alan azərbaycanlı tələbələr gün ərzində diplomatik nümayəndəliyə gələrək stendin önünə gül dəstələri qoyublar.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Region

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

Biznes

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Region

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Region

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Region

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
Tokatda 5,6 maqnitudada zəlzələ olub

Region

Tokatda 5,6 maqnitudada zəlzələ olub

Tokatda 5,6 maqnitudada zəlzələ olub
SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Energetika

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

Futbol

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb