Yunanıstanın Larisa şəhəri yaxınlığındakı Evanqelizmosda sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
“Far.Az” xarici mətbuata istinadən xəbər verir ki, Afina - Saloniki marşrutu ilə hərəkət edən sərnişin qatarı gecə yarısı yük qatarı ilə toqquşub. Daha sonra sərnişin qatarının 3 vaqonu relsdən çıxaraq aşıb və yanıb.
Qəzadan sonra hadisə yerinə 30-dan çox təcili tibbi yardım, o cümlədən yanğınsöndürə və digər xüsusi təyinatlıların nəqliyyat vasitələri cəlb edilib.
Hazırda xilasedicilər aşmış vaqonlarda insanların axtarışını aparır. Hökumət təcili olaraq Katerini və Larisa xəstəxanalarında yaralıların qəbulu üçün şöbələrin açılması barədə göstəriş verib.