Bugün
Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb “Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb
Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib
Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
KTMT-nin Baş katibi: İrəvan bizim işimizdə iştirak etmir KTMT-nin Baş katibi: İrəvan bizim işimizdə iştirak etmir
Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” tanımır Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” tanımır
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

6-04-2023, 11:57 241

Göyçayda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib Göyçayda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və təhlükəsizlik orqanları” adl

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı növbəti tədbiri Göyçay şəhərində keçirib.

"Far.Az" bu barədə DTX-nin saytına istinadən xəbər verir.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Göyçay şəhərində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dərin ehtiram bildirilib.

Qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin nümayiş olunduğu guşə ilə tanış olduqdan sonra tədbir açıq elan edilib.

Öncə dahi rəhbər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir iştirakçılarını salamlayaraq belə bir tədbirin keçirilməsinin rayonun ictimai həyatında önəmli hadisə olduğunu qeyd edib.

Heydər Əliyevin təhlükəsizlik orqanlarından başlayan mənalı ömrünün hər anının bir tarix olduğunu vurğulayan Natiq Ağayev dahi şəxsiyyətin bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən, respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən və hazırda ulu öndərin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisindən geniş söhbət açıb.

Tədbirin digər çıxışçıları görkəmli dövlət xadimi Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində ilk azərbaycanlı general olaraq sözügedən təsisatın inkişafına misilsiz töhfələr verdiyini, milli kadrlarla komplektləşdirdiyini, Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da təhlükəsizlik qurumunun fəaliyyətini daim diqqət mərkəzində saxladığını vurğulayıb, bugünkü dövrdə Azərbaycan xüsusi xidmət orqanlarının öz işini məhz Heydər Əliyevin vaxtilə təhlükəsizlik təşkilatında təməlini qoyduğu prinsiplər əsasında qurduğunu nəzərə çatdırıblar.

Sonda tədbir iştirakçıları DTX-nin Azərbaycan Televiziyası ilə birgə ərsəyə gətirdiyi “Konfidensial” layihəsinin növbəti buraxılışı olan və ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş “Port-Pəhləvi” əməliyyatından bəhs edən sənədli filmə baxıblar.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Energetika

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Region

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Region

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Region

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

Region

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

Region

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 
Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Region

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik