Bugün
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
Pərviz Şahbazov: "Azərbaycanda “yaşıl enerji” sahəsinə sərmayələrin cəlbi üçün investisiya forumları keçiriləcək" -YENİLƏNİB Pərviz Şahbazov: "Azərbaycanda “yaşıl enerji” sahəsinə sərmayələrin cəlbi üçün investisiya forumları keçiriləcək" -YENİLƏNİB
Türkiyədə avtobus aşıb, 19 nəfər yaralanıb Türkiyədə avtobus aşıb, 19 nəfər yaralanıb
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidini müzakirə edib Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidini müzakirə edib
Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib
Ermənistan XİN rəhbəri: Rusiya ilə münasibətlər yüksək səviyyədə deyil Ermənistan XİN rəhbəri: Rusiya ilə münasibətlər yüksək səviyyədə deyil
Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

3-05-2023, 18:57 234

Azərbaycanın Baş prokuroru Türkiyədə işgüzar səfərdədir - YENİLƏNİB Azərbaycanın Baş prokuroru Türkiyədə işgüzar səfərdədir - YENİLƏNİB Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsə

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.

Bu barədə "Report"a Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Ümumilikdə 32 dövlətin baş prokurorunun və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi konfransı açıq elan edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzu edib.

Bekir Şahin Assosiasiyanın 1-ci Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycanın Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev tədbir iştirakçılarını salamlayaraq, qeyd olunan konfransın qardaş ölkədə və Türkiyənin yaranmasının 100 illik yubileyi ilində keçirilməsindən məmnunluq hiss etdiyini, tarixən xalqlarımız arasında qardaşlıq əlaqələrinin olmasını və bu əlaqələrin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” və Prezident İlham Əliyevin "bir yumruq" kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Həmçinin ənənəvi olaraq Azərbaycan Baş Prokurorluğu ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında əməkdaşlığın uğurla davam etdirilməsini qeyd edən Baş prokuror, tədbirin dünya prokurorlarının peşəkar əlaqələrinin inkişaf etməsinə və cinayətkarlığın müasir təzahürləri ilə mübarizədə beynəlxalq təcrübənin formalaşmasına xidmət etdiyini bildirib.

Konfransın “Rəqəmsallaşma dövründə iqtisadi cinayətlərlə mübarizə” mövzusuna həsr edilmiş plenar sessiyasına sədrlik edən Kamran Əliyev çıxışında tədbirin keçirilməsinin müasir dövrün tələbləri baxımından zəruriliyini qeyd edib.

Plenar sessiyada Birləşmiş Krallıq, ABŞ, Almaniya və Avstriyadan olan nüfuzlu hüquqşünaslar təqdimatlar edərək cinayətkarların kriptovalyutalardan və digər müasir alətlərdən istifadəsi, həmçinin törədilmiş cinayətlərin qarşısının alınması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.

Həmçinin tədbirdə Baş prokurorun böyük köməkçisi İlqar Səfərov rəqəmsal sübutların toplanması zamanı baş verən qanunsuzluqlar və onların qarşısının alınması yolları barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Nümayəndə heyətinin səfəri davam edir.

11.17

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.

Bu barədə "Report"a Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dünyanın müxtəlif dövlətlərinin baş prokurorlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsallaşma dövründə səmərəli istintaqın aparılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”

Region

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı”
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

Region

KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"

Energetika

Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"

Pərviz Şahbazov: "Bu il ölkədə 5 günəş-külək stansiyasının inşasına başlanacaq"
Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Energetika

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq
Qazaxıstanda veyp rəsmən qadağan edilib

Region

Qazaxıstanda veyp rəsmən qadağan edilib

Qazaxıstanda veyp rəsmən qadağan edilib
Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

Biznes

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib
Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb

Futbol

Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb

Karlo Ançelotti türkiyəli futbolçuya başqa kluba keçməyi məsləhət görüb
Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib

Futbol

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib