Bağla

Far.az da Reklam

Əlaqə üçün : Hafiz (Tel:.055 7370090)





 (səslər: 0)

Hər qara telin altında

 
Hər qara telin altında


Sevdiyim şairlərdən birinin şeirindən aldım bu başlığı. Deyir ki, "hər qara telin altında bir ah yeri var, yeri var". Yaxşıdır, ya pis, bilmirəm, amma onu bilirəm ki, nə qədər tox, güclü görünsə də, birinə həmdərd olursan, qayğılarını, ağrılarını öyrənirsən və əvvəlki qənaətin çəkilib gedir. Tox adamlara çox ehtiyacımız var. Bəlkə də ən böyük problemimiz ondadır ki, hər halına şükür edənlərimiz azdır, çox az, lap yox dərəcəsində. Əslində isə zəngin adam hər şeyə sahib olan deyil, əlindəki imkanlarla problemlərini yoluna qoya bilən adamdır.

Şükür hər cür xeyir-bərəkət üçün başlanğıcdır, çıxış nöqtəsidir. Üzülmək istəsən, mün dənə əsas tapacaqsan, üzül üzülə bildiyin qədər. Əsl qəhrəmanlıq yoxluq içində təsəlli tapmaq, heçlikdən, məhrumiyyətdən doğulmaqdır.

Bir həkim deyir ki, inanmaq, daha doğrusu, özünü inandırmaq sağlamlığın ilk addımıdır. Əgər sən özünü sağlam olduğuna inandıra bilirsənsə, elə bu qənaət sağlamlığın yarısı deməkdir. Yox, əgər özünün xəstə olduğuna inanırsansa, gec-tez o axtardığın gəlib səni tapacaq.

Ötənlərə üzülmə!


Çoxları keçmişin nostalgiyası ilə yaşayır, imkan tapanda oturub xəyala dalır, atasının, babasının sərvətini düşünürlər. Amma bütün bunlar artıq xatirədən başqa bir şey deyil: nə o sovet hökuməti geri dönəndir, nə də dədə-babanın sərvəti, bugünkü reallıq tamam başqa şeylər söyləyir. Keçmişlə yaşamaq insana üzüntüdən başqa bir şey vermir. İnsan nə qədər çətin vəziyyətdə olursa olsun, qarşısındakı variantlardan ən xeyirlisini seçməyə çalışmalıdır. Davamlı olaraq keçmişi düşünənlər getdikcə ağırlaşan bir yükün altında qalıb əzilməyə məhkumdurlar. Bu təxminən nəyə bənzəyir, bilirsinizmi? - Dağın başından bir sıxma qartopu yumalayırsan və o qartopu üzüaşağı endikcə böyüyür, böyüyür, ağırlaşır və dərəyə çatanda çox böyük bir kütlə halına gəlmiş olur. Keçmişin üzüntüsü də eynilə belədir. Qurani-Kərim müsəlmanlara keçmişin üzüntüsündən qurtarmağı tövsiyə edir və bildirir ki, keçmişin sıxıntısını çiynində daşımaq insanın öz gücünü, iradəsini, dözümünü israf etməsidir, boş yerə xərcləməsidir.

Qəzavü-qədərə etiraz


Hələ dünya yaranmamışdan əvvəl Allah-Təala hər şeyi görürdü, hər şeyi bilirdi. Keçmiş və gələcək anlayışı biz insana görədir, Allah-Təala bütün zamanların fövqündədir və hələ ilk insan Həzrəti Adəmi yaradanda bu gün bizim hansımızın nə işlə məşğul olacağını ovcunun içi kimi bilirdi. Bəli, Onun elminə, bilgisinə kimsə şübhə edə bilməz. Bizim keçib gəldiyimiz bu ömür yolu da elə taleyimizdir, qəzavü-qədərimizdir. Qədər - Allah-Təalanın bizə yazdığı alın yazısıdır, taledir, qəza isə həmin alın yazımızın vaxtı çatdıqca mərhələ-mərhələ həyata keçməsidir. Qəza deyəndə ağlınıza bir uçurum, fəlakət gəlməsin. Qəza dediyimiz taleyin gerçəkləşməsidir, yaşanmasıdır. Qarşımızdakı yaşanmamış gələcək bizim üçün qeyb aləmidir, onu Allahdan başqa kimsə bilə bilməz. Hər şey yaşanandan sonra aşkarlanır, üzə çıxır.

Ola bilsin ki, 15 il əvvəl bizim ağlımızdan, fikrimizdən, niyyətimizdən çox şeylər keçib, amma biz bu ömür yolunu yaşayaraq bu günə gəlib çıxmışıq. Demək, bizim qədərimizdə olan bu yolla bu həyat tərzini yaşamaq imiş. Ağıllı adamlar hər zaman düşünürlər ki, Allah-Təala onlar üçün ən xeyrli olanı qismət eləyib. Kim bilir, 15 il əvvəl sən səhər işə gəldiyin yerdə yolunu dəyişib ticarət mərkəzinə üz tutsaydın, bu gün aqibətin necə olardı. Bəli, insan seçim iradəsinə sahibdir, amma artıq yaşanmışlar üçün üzülməyə dəyməz. Keçmiş üçün üzülənlərin gələcəyi də üzüntüsüz keçmir.

Ədalətin zaman üzü

Çoxları keçmişinə söz qoşur, mahnı bəstələyir: "ötən günlərimi qaytaraydılar" deyə. Amma İlahi ədalətin zaman üzü heç kəsə doğma-ögey münasibəti göstərmir, hamını özü ilə aparır, hamını eyni yaşla qocaldır, kimsənin bir an sonraya dönməsinə imkan vermir. Əgər insanların hökmü olsaydı, kasıblar varlıların yerinə ölər, imkansızlar imkanlıların kədəri altında əzilərdilər. Allah-Təala bəzi mühüm məsələlərə insanın müdaxiləsinə qapı açmayıb, hər kəs öz ağrısı ilə, hər kəs öz əcəli ilə yaşayacaq, köçüb gedəcək. Ötən günlərlə məkan da dəyişir, insan da başqalaşır. Dəyişmiş məkanda və ögeyləşmiş insanlar arasında köhnə zamanın sənə istədiyin zövqü, dadı verəcəyinə ümid eləməsən yaxşıdır. Qarşıdakı imkanları dəyərləndirməyə çalış, hər an qarşında ən gözəl bir variant var, onu seçməyə cəhd elə.

Ərzurumlu İbrahim Həqqi həzrətləri bu haqda necə də gözəl deyib:

Mövla görəlim neylər,

Neylərsə, gözəl eylər.

Bu zaman axınından qaçıb qurtarmağa kimsənin nə imtiyazı var, nə də bildiyi bir fəndi.

Bir vaxtlar Həzrəti Adəm vardı, sonra Həzrəti Nuhla bəşəriyyət bir gəmidən sabaha adladı, Həzrəti İbrahim, Həzrəti Musa, Həzrəti Məhəmməd. Sonra İslam dünyasının öz içində müxtəlif müharibələr baş qaldırdı. Bu gün dünyada biz varıq, sabah da bir başqaları olacaq. İnsanlar üçün bütün zamanların birləşdiyi tək nöqtə axirətdə olacaq. Çünki orada Həzrəti Adəmdən üzübəri bütün insanlar canlanıb bir araya gələcəklər.

Hansı gözdür qara torpağa axmayan?

Bütün yaradılmışlar ölüm qapısından keçəcəklər. Bir dərvişin mahnısında deyildiyi kimi:

O hansı gül üzdür ki, çürüyüb torpağa qarışmadı?

O hansı ala gözdür ki, su olub torpağa axmadı?

Ölüm də Allah-Təalanın ədalətinin bir təzahürüdür. Ölüm cəza deyil ki, keçid qapısıdır. Amma hər kəs üçün qapının o üzü də eyni olmur, bərabər olmur.

Tövbə qapısı

İnsan öz uğursuzluğunu anlayanda itirdiyi imkanlar üçün alışıb-yanar. Keçmişə bağlılıq hissi də ən çox bu duyğudan qaynaqlanır. Amma kimsə bu halında ən çox zərərlimi, ya xeyirlimi olduğunu da bilə bilməz.

Tutaq ki, məmnun deyilsən, hər şeyi itirdiyinə, bərbad etdiyinə inanırsan. Amma son nəfəs gəlməmiş son imkan da tükənməz. Bu dünyada sərvət qazana bilməmək hər şeyi itirmək demək deyil. Bir də tərsinə düşün, fikirləş ki, nə yaxşı o qaçaqaça qoşulub halalını, haramını düşünmədən əlinə keçəni çırpışdırmamısan. Nə olsun ki, pulun yoxdur, ailən ki ac deyil. Hər səhər evdən çıxıb getməyə iş yerin, salam verməyə yoldaşların varmı, axşam işini tamamlayıb könül xoşluğu ilə evinə dönə bilirsənmi, süfrəyə daşdan yumşaq nə qoyuldusa, şükür duyğusu ilə yeyə bilirsənmi? Daha bundan artıq nə lazımdır ki? Üzünü qaraldacaq günahların yox, səni kimlərinsə yanında gözükölgəli edəcək əməlin yox. Bəlkə də dünyanın ən zənginlərindən birisən, sən, sadəcə, bunun fərqində deyilsən. Və bir də nə qədər xətan, təqsirin olubsa, üzünə hər zaman taybatay açıq olan tövbə qapısı var. Ümidini üzmə, Allah-Təalanın sənə verdiyi o uca dəyəri aşağı tutma.

Keçmiş üçün üzülmə. Sən həyatın ən xeyirli variantını yaşayaraq bu günə gəlmisən. Keçmişə baxma, önünə bax. Ağlın, imanın işığında ən xeyirli yolu seç!

Allah köməyin olsun!



Redaktə etdi: MiSs-Glamour

Siz Gizli mətnləri görmək və Xəbərləri oxumaq üçün Saytda Qeydiyyat Keçməlisiniz, Saytın bütün imkanlarından istifadə etmək üçün saytda qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun.
Qeydiyyatınız yoxdursa Dərhal Qeydiyyat Olun.












Redaktə etdi Alev - 22-08-2015, 14:34
Geri dön

Siz Gizli mətnləri görmək və Xəbərləri oxumaq üçün Saytda Qeydiyyat Keçməlisiniz, Saytın bütün imkanlarından istifadə etmək üçün saytda qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun.
Qeydiyyatınız yoxdursa Dərhal Qeydiyyat Olun.
 
Adı: Свабода
Qrup: Aktiv User
Şərh: 471
Xəbər: 328
Pul: 201609 AZN

Свабода ,  Mikro Blok:

#4 | 23 avqust 2015 17:47 | Qeydiyyat Tarixi: 7.04.2015


ALLAH RAZI OLSUN
Adı: --
Qrup: Qonaq
Şərh: 0
Xəbər: 0
Pul: 0 AZN

Ayan E-zade ,  Mikro Blok:

#3 | 23 avqust 2015 17:47 | Qeydiyyat Tarixi: --


Allah razi olsun gozel meqale idi tewekkurler..
Adı: ★★★QaraQan★Fanatı★★★
Qrup: V.I.P
Şərh: 5816
Xəbər: 8
Pul: 37547 AZN

De Nece Unudum Seni ,  Mikro Blok: ★SeNi Öldürüb★Yanağımdakı batığda basdıraram★

#2 | 23 avqust 2015 16:51 | Qeydiyyat Tarixi: 27.04.2015


Allah razi olsun xebere gore sagolun

Adı: sevgi_dolu_baxiwlar
Qrup: V.I.P
Şərh: 1984
Xəbər: 311
Pul: 53582 AZN

sevgi_dolu_baxiwlar ,  Mikro Blok:

#1 | 23 avqust 2015 14:09 | Qeydiyyat Tarixi: 19.01.2015


Cox sagolun xebere gore menalıdı

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
 

Ümumi Çat

Ferid Esedli
Ferid Esedli
Bu Gün 04:32:49

Salam Burda Yeniyem :)
•●Miňi Miňňacık•●

_Nagil oxuma mene..! Sende bir gun gedeceksen.....
Theo
Theo
Dünən 20:23:33

Qismet M
Qismet M
Dünən 03:24:17

Mutlulugun üfledigi yere uçalım.
M_LoRd_KaFkAzE_M
M_LoRd_KaFkAzE_M
23 mart 2017

Salamlar
Theo
Theo
21 mart 2017

Cannn Caannn :D
•●Miňi Miňňacık•●

Hec toxuna bilmediyim bir sevdiyim var... kilometirlerce menden uzaqda
•●Miňi Miňňacık•●

_Canim gozum bizi qisqanirlar..!
~Bilirem omrum. Olani var olmuyani var.

Yalnız Qeydiyatlı İstifadəçilər Çatdan istifadə edə bilər.Çatdan istifadə etmək üçün Qeydiyyat olun.

Reklam


Medal Statistika

Top Medal Alanlar

1. Ləqəb: ❥SeKeRciK... - Medallar: 46
2. Ləqəb: Kara Melek - Medallar: 37
3. Ləqəb: Свабода - Medallar: 35
4. Ləqəb: Меlек - Medallar: 34
5. Ləqəb: OlSeM AgLaMa - Medallar: 33
6. Ləqəb: BeXTi QaRa - Medallar: 32
7. Ləqəb: Əlizadəh ʆʆ - Medallar: 31
8. Ləqəb: VUSAL- - Medallar: 29
9. Ləqəb: Alev - Medallar: 24
10. Ləqəb: Esger_Qız - Medallar: 23

Top Xal Alanlar

1. Ləqəb: Only - Xal: 4019500
2. Ləqəb: QUB3RN4T0R - Xal: 2007250
3. Ləqəb: VüsaL - Xal: 2003100
4. Ləqəb: Shahin Amrahov - Xal: 1016000
5. Ləqəb: VUSAL- - Xal: 115113
6. Ləqəb: OlSeM AgLaMa - Xal: 93400
7. Ləqəb: Əlizadəh ʆʆ - Xal: 48450
8. Ləqəb: BeXTi QaRa - Xal: 45421
9. Ləqəb: SeRDaR. - Xal: 42293
10. Ləqəb: Свабода - Xal: 39406

Ən Varlı Userlər

.::С.Э.Р::.
Pul: 282806
Şərh.: 15478
VUSAL-
Pul: 239407
Şərh.: 9801
OlSeM AgLaMa
Pul: 226919
Şərh.: 2101
Свабода
Pul: 201609
Şərh.: 471
Бандит Оо
Pul: 178882
Şərh.: 11992
Mr.TenHa
Pul: 165929
Şərh.: 471
Alev
Pul: 150117
Şərh.: 23356
Джиган
Pul: 110292
Şərh.: 3868
Əlizadəh ʆʆ
Pul: 98949
Şərh.: 1715
Kara Melek
Pul: 98440
Şərh.: 1040

Top Xəbər Yazanlar

Мой Мир
       Yoxdur
Xəbərlər: 3/4
 
Qismet M
       43
Xəbərlər: 2/104
 
Я..
       Yoxdur
Xəbərlər: 1/9
 

Top Şərh Yazanlar

Sessiz Deniz..
       Yoxdur
Şərhləri: 6
 
Məryəm
       Yoxdur
Şərhləri: 6
 
Senan..
       Yoxdur
Şərhləri: 5
 
..:SinyoR:..
       Yoxdur
Şərhləri: 2
 
Bəy
       Yoxdur
Şərhləri: 2
 
Qismet M
       43
Şərhləri: 2
 
Мой Мир
       Yoxdur
Şərhləri: 1
 
Su Damlasi
       Yoxdur
Şərhləri: 1
 
.::С.Э.Р::.
       Yoxdur
Şərhləri: 1
 
Suay
       Yoxdur
Şərhləri: 1
 

Forumun Ən Fəalları

      Elmin♥
  ICQ: 2
  Mesajları: 11963
      .::Nəfəsim Ol::.
  ICQ: Yoxdur
  Mesajları: 7002
      .::С.Э.Р::.
  ICQ: Yoxdur
  Mesajları: 6925
      KabusuM
  ICQ: Yoxdur
  Mesajları: 6306
      ..::My Dark World::..
  ICQ: Yoxdur
  Mesajları: 6204
      .::Ferid::.
  ICQ: Yoxdur
  Mesajları: 6176
      Nicat __
  ICQ: Yoxdur
  Mesajları: 6143
      Ürəyim_Sənsən
  ICQ: Yoxdur
  Mesajları: 5739
      Amazing Girl
  ICQ: Yoxdur
  Mesajları: 5523
      Yaqmur Isacan
  ICQ: Yoxdur
  Mesajları: 5425

Sorğu

Saytdakı Yenilikləri Bəyəndiniz?

Bəli Superdir wink
Yox Bəyənmədim feel
Belədə tongue

Reklam

Online

İndi saytda:
İstifadəçilər: 0
Onlinedə kimlərin olduğunu görmək üçün saytda Qeydiyyatdan keçin !

Robotlar: 2
GooglebotMSN

Qonaqlar: 308
Ümumi: 310

Son istifadəçilər: 20
..:SinyoR:.. .::OzDuNyAm::.
.::С.Э.Р::. Alev
Alihic Arzularimin limani
Avara_Sair Ferid Esedli
KraSSaVciK Muwviq_Uwaqi
Məryəm Qismet M
QUB3RN4T0R sLaTkiY ManYaK
Suay tester
Theo VUSAL-
Свабода •●Miňi Miňňacık•●

Baş Admin|Admin,Adminka|
Baş Redaktor|Redaktor|
Jurnalist|V.I.P|Far Girl,Far Boy|Brilliant|Gold|Silver|Bronze|
Aktiv
 

Son Şərhlər

Müəllif → Qismet M
Xəbər → FaR.aZ_lılara Suallarım :)
Müəllif → Qismet M
Xəbər → Novruz bayramınız mübarək!
Müəllif → Məryəm
Xəbər → Фотография☜xxxxxx°l||l
Müəllif → Məryəm
Xəbər → - Beauty girLs . .
Müəllif → Məryəm
Xəbər → Dado - Ayrıldıq
Müəllif → Məryəm
Xəbər → INNA - Gimme Gimme
Müəllif → Məryəm
Xəbər → Novruz bayramınız mübarək!
 

Reklam