Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın heyvandarlıq məhsullarının, yem və yem əlavələrinin istehsalı və saxlanılması üzrə ixtisaslaşmış 23 müəssisəsinə ölkəyə ixrac hüququ verib.
"Far.Az" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, hazırda Rusiyanın 1 100 müəssisəsinin Azərbaycan bazarına çıxış hüququ var.