Bağla

Far.az da Reklam

Əlaqə üçün : Hafiz (Tel:.055 7370090)



 (səslər: 1)

Dua, nida və minacat arasındakı fərq

 
Dua, nida və minacat arasındakı fərq


Dua, nida və minacat arasındakı fərq

Bu üç kəlmə arasında bir neçə fərq var: "Dua” geniş və ümumi mənaya malikdir. Əgər bir şəxsi istər uzaqdan, istər yaxından, istər uca səslə, istər ahəstə, istər tanıyaraq, istər tanımadan çağırsalar, bu çağırış "dua” adlanır. Lakin uca səslə çağırış "nida” adlanır. Nida edən insan uzaqdan və ya yaxından səsini çatdırmaq məqsədi ilə yox, sakitləşmək, ruhi təskinlik tapmaq üçün səsini ucaldır. Başqalarının eşitməyəcəyi səslə kiminləsə danışmağa "Minacat” deyilir. Əlbəttə, bəzən insan Allahla, bəzən isə Allah insanla minacat edir. Necə ki, bu həqiqəti həzrət Əli (ə) "Nəhcül-bəlağə”də təsdiqləyir. Allah-təala buyurur: "Bəndəmin məqsədi yalnız mənim razılığım olsa onu sevərəm. Qaranlıq gecələrdə və sakit gündüzlərdə onunla minacat edərəm.”3 Yəni bəndə elə tərzdə söhbət
edir ki, Allahın onunla danışdığını anlayır. Lakin heç bir şəxs bu rabitədən xəbər tutmur. Bu növ rabitə Allahın bəndə ilə minacatı adlanır.
Maraqlıdır ki, duanın üçüncü hissəsində əvvəlki iki hissədən fərqli olaraq "minacatımı eşit” yox, "minacat edərkən mənə nəzər sal” deyilir. Bu işin səbəbi odur ki, minacat və xüsusi söhbət zamanı qarşı tərəfin tam diqqət etməsi lazımdır. Qarşı tərəf tam diqqət etmədikdə nəzərdə tutulan hədəf hasil olmur. Demək olar ki, minacatda yalnız xüsusi şəkildə söhbət etmək əsasdır. Söhbətin nə mövzuda olması o qədər də əhəmiyyətli deyil. Başqa sözlə, məhbubla ünsiyyət yaratmaq mühümdür. Əgər məhbub lütf etməyib üz çevirsə nəzərdə tutulmuş məqsəd hasil olmur.
Demək, insan istəsə də, istəməsə də Allah onun sözlərini eşidir. Lakin Allahın lütf edib insanı dinləməsi, ona nəzər salması mühümdür. Onun istəklərinin Allah tərəfindən qəbul olunması sonrakı mərhələyə aiddir. Necə ki, bəzi minacatlarda qəti surətdə Allahdan heç nə istənilmir. Məsələn, insan "ilahi əgər məni min dəfə cəhənnəmə atıb yandırsan qəlbimdən məhəbbətin xaric olmayacaq”— deyərkən Allahdan heç bir şey istəmir. Bu sözlər yalnız sevgi bildirən kəlmələrdir. İnsan bu sözlərlə istəyir ki, Allah onu dinləsin və ona lütf etsin. Eşitməklə bağlı qeyd olunan üç məna arasında (elm, diqqət və qəbulolma) ikinci məna, yəni "diqqət” daha münasibdir.
"Şəbaniyyə” və sair minacatlara bu növ dua ilə başlanılması əslində bəndələrə dua qaydalarına riayət etməyi və Allahla söhbətə layiq olmağı öyrədir: eyni zamanda insanlara öyrədilir ki, Allahdan onlara minnət qoyub hacətlərinə nəzər salmasını istəsinlər. Çünki günahlar onların abırını aparmış və Allahın nəzər
salmasına mane olmuşdur. Bir duada oxuyuruq: "...İlahi, günahlarım çöhrəmi pisləşdirib, dualarımın qarşısını alıb, mənimlə sənin aranı kəsmiş və səsimin sənə çatmamasına səbəb olmuşdur... İndi isə mən sənə doğru yol axtararaq insanların ən sevimlisi, ən əzizi və ən layiqlisinin vasitəsi ilə sənə yaxınlaşmaq istəyirəm...”
Xatırlatmalıyıq ki, tövbə üçün də ləyaqətimiz yoxdur. Gərək ilahi övliyaların vasitəçiliyi ilə ləyaqətli tövbə edək.
Minacatın salavatla başlanmasından belə bir məna anlaşılır ki, hətta günahların bağışlanmasını istəmək üçün ləyaqətli olmalıyıq. Allahın tövbələrimizi qəbul etməsi üçün Onun sevimli bəndəsinin adını çəkməklə tövbəyə layiq oluruq. Dua zamanı bu növ ədəb nümayişi daha çox qəlb iştirakına səbəb olur və insanın duasının dəyərini artırır. Əgər bir şəxs hədiyyə gətirdiyi gül dəstəsini evin bir küncünə atarsa, hədiyyənin dəyəri azalar. Lakin təvazökarcasına gül dəstəsini təqdim edərsə, hədiyyənin dəyəri yüksələr. Adi halda bağça və ya bazarda gül dəstələri ucuz və boldur! Hansı qaydada ədəb nümayiş etdirmək lazım olduğunu bilmədiyimiz üçün ilahi övliyalar ədəb qaydalarını bizə öyrətmişlər. Beləliklə, naqis düşüncəmizlə özümüzdən cümlələr icad etməyə ehtiyac yoxdur. Yalnız nəql olunmuş cümlələr barəsində azca düşünməli, sonra həmin cümlələri ədəblə ilahi dərgaha ərz etməliyik.
Əgər insan Allahın ona etina göstərmədiyini və onun sözlərinə diqqət etmədiyini təsəvvür edərsə, heç zaman söhbət və raz-niyaz alınmaz. Buna görə Allahdan istəyirik: "İlahi, sözlərimi dinlə və xüsusi lütflə mənə nəzər sal! İlahi, sənə doğru qaçdım.” Sanki insanı hədələyən düşmənlər var; O düşmənlərinin çəngindən qaçıb, onların hərəkət etdiyi istiqamətin əksinə sürətlə getmək istəyir.
İndi isə çəngindən qaçıb, Allaha sığındığımız düşmənlərin kim olduğuna nəzər salmalıyıq. Şübhəsiz, Allah cisim deyil ki, O bir istiqamətdə, düşmən də ayrı bir istiqamətdə dursun! Bu ruhi və mənəvi qaçışdır. Demək, Allaha əks tərəf insanı süquta aparır. Ondan qaçıb-qurtulmaq isə insanı ucaldır. Bizi Allahla müxalif tərəfə çəkib süquta aparmaq istəyən amillər var. Yerin cazibəsindən çıxan peyklər kimi güclü olub, müxalif qüvvədən qaçıb, ayrı bir fəzada Allaha doğru hərəkət etməliyik.
(Qurani-kərim geniş bir biyaban səhnəsini canlandırır: Bu çöldə müəyyən yol yoxdur və xüsusi amillər insanı gicəltmək istəyir. Əlbəttə, şəxsin bəzi dostları var. Onlar bu şəxsi öz yanlarına çağırırlar. Lakin insan bu amillər tərəfindən çaşdırıldığı üçün dostların dəvətini qəbul edə bilmir.4 Qurani-kərim başqa bir yerdə belə buyurur: "Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.”5 (Quranın bu növ təşbehləri insanın süqutunu göstərir.)
Əlbəttə, bütün mərhələlərdə müxalif qüvvələrin sayı artır və bu qüvvələrin cazibəsi güclənir. Necə ki, tələbələr hər il fərqli və çətin imtahanlarla üzləşirlər! Biz də ilk mərhələdə vaciblər və haramlarla üzləşirik. Sonrakı mərhələlərdə vaciblər və haramların müəyyən edilməsi çətinləşir. Hətta bəzən insan vaciblə haramı ayırd edə bilmir və ya hansısa bir əməlin vacib, yoxsa haram olmasında şübhəyə düşür.
İbtidai siniflər üçün sadə imtahanlar, məktəbi qurtarmaqda olan şagirdlər üçün isə mürəkkəb riyazi düsturlar və başqa çətin suallar təyin edilmişdir. İnsanlar üçün həyatda da müxtəlif mərhələlər və imtahanlar mövcuddur; müvəffəq olmaq üçün kitab və sünnə ilə tanışlıq lazımdır!



Dua, nida və minacat arasındakı fərq

Siz Gizli mətnləri görmək və Xəbərləri oxumaq üçün Saytda Qeydiyyat Keçməlisiniz, Saytın bütün imkanlarından istifadə etmək üçün saytda qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun.
Qeydiyyatınız yoxdursa Dərhal Qeydiyyat Olun.










Geri dön

Siz Gizli mətnləri görmək və Xəbərləri oxumaq üçün Saytda Qeydiyyat Keçməlisiniz, Saytın bütün imkanlarından istifadə etmək üçün saytda qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun.
Qeydiyyatınız yoxdursa Dərhal Qeydiyyat Olun.
 
Adı: ★★★QaraQan★Fanatı★★★
Qrup: V.I.P
Şərh: 5816
Xəbər: 8
Pul: 37647 AZN

De Nece Unudum Seni ,  Mikro Blok: ★SeNi Öldürüb★Yanağımdakı batığda basdıraram★

#2 | 25 avqust 2015 22:13 | Qeydiyyat Tarixi: 27.04.2015


Ellerinize sagliq xeber ucun tesekkur

Adı: --
Qrup: Qonaq
Şərh: 0
Xəbər: 0
Pul: 0 AZN

Ayan E-zade ,  Mikro Blok:

#1 | 25 avqust 2015 14:08 | Qeydiyyat Tarixi: --


Allah razi olsun...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
 

Ümumi Çat

Esger_Qız
Esger_Qız
Bu Gün 01:41:28

lazy
.::С.Э.Р::.
.::С.Э.Р::.
Dünən 23:52:45

Gedirəm ...
- əgər mənə ehtiyacınız olarsa , olmasun! beee
QUB3RN4T0R
QUB3RN4T0R
Dünən 23:41:48

896

Yalnız Qeydiyatlı İstifadəçilər Çatdan istifadə edə bilər.Çatdan istifadə etmək üçün Qeydiyyat olun.

Reklam


Medal Statistika

Top Medal Alanlar

1. Ləqəb: ❥SeKeRciK... - Medallar: 46
2. Ləqəb: Aytac) - Medallar: 37
3. Ləqəb: Свабода - Medallar: 35
4. Ləqəb: Меlек - Medallar: 34
5. Ləqəb: OlSeM AgLaMa - Medallar: 33
6. Ləqəb: BeXTi QaRa - Medallar: 32
7. Ləqəb: Əlizadəh ʆʆ - Medallar: 31
8. Ləqəb: VUSAL- - Medallar: 29
9. Ləqəb: Alev - Medallar: 24
10. Ləqəb: .::My_World::. - Medallar: 23

Top Xal Alanlar

1. Ləqəb: Only - Xal: 4019500
2. Ləqəb: QUB3RN4T0R - Xal: 2007250
3. Ləqəb: VüsaL - Xal: 2003100
4. Ləqəb: Shahin Amrahov - Xal: 1016000
5. Ləqəb: VUSAL- - Xal: 115113
6. Ləqəb: OlSeM AgLaMa - Xal: 93400
7. Ləqəb: Əlizadəh ʆʆ - Xal: 48450
8. Ləqəb: BeXTi QaRa - Xal: 45421
9. Ləqəb: SeRDaR. - Xal: 42293
10. Ləqəb: Свабода - Xal: 39406

Ən Varlı Userlər

.::С.Э.Р::.
Pul: 282786
Şərh.: 15477
VUSAL-
Pul: 239502
Şərh.: 9801
OlSeM AgLaMa
Pul: 227019
Şərh.: 2101
Свабода
Pul: 201751
Şərh.: 471
Бандит Оо
Pul: 178982
Şərh.: 11992
Mr.TenHa
Pul: 166029
Şərh.: 471
Alev
Pul: 150217
Şərh.: 23356
RəhimOff..
Pul: 112392
Şərh.: 3868
Əlizadəh ʆʆ
Pul: 99049
Şərh.: 1715
Amazing Girl
Pul: 97378
Şərh.: 11343

Top Xəbər Yazanlar

Меlек
       Yoxdur
Xəbərlər: 20/99
 
Qismet M
       43
Xəbərlər: 17/102
 
_Yene_Tenha_
       Yoxdur
Xəbərlər: 6/1695
 
Aytac)
       Yoxdur
Xəbərlər: 4/191
 
KraSSaVciK
       Yoxdur
Xəbərlər: 3/13
 
SaDe OgLaN
       Yoxdur
Xəbərlər: 3/3
 
Я..
       Yoxdur
Xəbərlər: 3/6
 
Dj_Gunduz
       Yoxdur
Xəbərlər: 2/211
 
.:DarK:.
       Yoxdur
Xəbərlər: 2/373
 
Свабода
       Yoxdur
Xəbərlər: 1/328
 

Top Şərh Yazanlar

Senan..
       Yoxdur
Şərhləri: 43
 
Qismet M
       43
Şərhləri: 39
 
..:SinyoR:..
       Yoxdur
Şərhləri: 35
 
Urekde agla uzde gul
       27
Şərhləri: 29
 
Sessiz Deniz..
       Yoxdur
Şərhləri: 17
 
Меlек
       Yoxdur
Şərhləri: 14
 
♔๑Siηyoяiта♔๑
       Yoxdur
Şərhləri: 10
 
Aytac)
       Yoxdur
Şərhləri: 9
 
•●Miňi Miňňacık•●
       Yoxdur
Şərhləri: 5
 
.::С.Э.Р::.
       Yoxdur
Şərhləri: 4
 

Forumun Ən Fəalları

      Elmin♥
  ICQ: 2
  Mesajları: 11963
      .::Nəfəsim Ol::.
  ICQ: Yoxdur
  Mesajları: 7002
      .::С.Э.Р::.
  ICQ: Yoxdur
  Mesajları: 6806
      KabusuM
  ICQ: Yoxdur
  Mesajları: 6306
      ..::My Dark World::..
  ICQ: Yoxdur
  Mesajları: 6204
      .::Ferid::.
  ICQ: Yoxdur
  Mesajları: 6176
      Nicat __
  ICQ: Yoxdur
  Mesajları: 6143
      Ürəyim_Sənsən
  ICQ: Yoxdur
  Mesajları: 5739
      Amazing Girl
  ICQ: Yoxdur
  Mesajları: 5523
      Yaqmur Isacan
  ICQ: Yoxdur
  Mesajları: 5425

Sorğu

Adminlərdən razısınızmı ?

Bəli yes
Xeyr nea

Reklam

Online

İndi saytda:
İstifadəçilər: 1
Onlinedə kimlərin olduğunu görmək üçün saytda Qeydiyyatdan keçin !

Robotlar: 3
GooglebotYahoo
Baidu Spider

Qonaqlar: 318
Ümumi: 322

Son istifadəçilər: 20
..:SinyoR:.. .::С.Э.Р::.
Aytac) Dj_Gunduz
Esger_Qız Kamilin_Awkiyam
KraSSaVciK Muwviq_Uwaqi
Qismet M QUB3RN4T0R
RəhimOff.. SaDe OgLaN
Senan.. Sladkiy_Paren
Urekde agla uzde gul ZirrRama
Меlек Свабода
•●Miňi Miňňacık•● ♔๑Siηyoяiта♔๑

Baş Admin|Admin,Adminka|
Baş Redaktor|Redaktor|
Jurnalist|V.I.P|Far Girl,Far Boy|Brilliant|Gold|Silver|Bronze|
Aktiv
 

Reklam