Bugün
Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər
“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur “Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub
Bu ilin I rübündə Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub Bu ilin I rübündə Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub
İranda bəzi şəhərlər üzərində uçuşlar dayandırılıb İranda bəzi şəhərlər üzərində uçuşlar dayandırılıb
İranda partlayış baş verib İranda partlayış baş verib
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

23-05-2023, 14:57 215

Bakının Xətai rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb Bakının Xətai rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi akının Xətai rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb. Report bu barədə agentliyə isti

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi akının Xətai rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq Agentlik içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. Xətai rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Rahib Məmmədov küçəsində yerləşən “Park Aile Çay Bahçesi” restoranın sayğacı olsa da, sudan qanunsuz istifadə edilib.

Belə ki, obyektin sayğacı özbaşına sökülərək birbaşa birləşmə verilib. Bundan əvvəl də obyektdə anoloji hal baş verib, dəymiş ziyan aktı tərtib olunub və su təchizatı dayandırılıb. Lakin obyektin icarədarı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq suyu talamaqda davam edib. Xətai Rayon Sukanal İdarəsinin əməkdaşları obyektin su təchizatını dayandırıb və yenidən dəymiş ziyan aktı tərtib olunub.

Cavanşir küçəsi, 15A ünvanında sahibkara məxsus “Nar çiçəyim” kafesi, “Təbriz market”, zoomarket, şirniyyat sexi, dönər, ət və balıq məhsullarının satışı obyektlərində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki əvvəllər bu obyektlərdə su sərfiyyatı bir sayğac əsasında aparılıb. Sonradan sayğac nasaz vəziyyətə düşüb, sahibkar onun yenisi ilə dəyişdirilməsi ilə bağlı tələbləri yerinə yetirməyib. Əvəzində yaxınlıqdakı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan xətdən özbaşına istifadə edib.

Kazımağa Kərimov küçəsində yerləşən sexdə eyni zamanda bir neçə müəssisə fəaliyyət göstərir. Bir müddət əvvəl obyekt sahibi yığılmış borcu ödəmədiyindən su təchizatı dayandırılıb. Yığılmış borcların hissəli ödəniş üçün güzəşt edilsə də, sahibkar nəinki bu imkandan yararlanıb, əksinə sayğacdankənar əlavə xətt çəkərək sudan istifadə edib. Obyektin su təchizatı yenidən dayandırılıb və dəymiş ziyan aktı tərtib edilib.

Nəzarət tədbirləri zamanı aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunur, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunur.

Bu ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4 817 fakt aşkarlanıb və bunların 50-dən çoxu araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Region

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

Biznes

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Region

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Region

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Region

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
Tokatda 5,6 maqnitudada zəlzələ olub

Region

Tokatda 5,6 maqnitudada zəlzələ olub

Tokatda 5,6 maqnitudada zəlzələ olub
SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Energetika

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

SOCAR və “ACWA Power” “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

Futbol

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb