Bugün
Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib
Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
KTMT-nin Baş katibi: İrəvan bizim işimizdə iştirak etmir KTMT-nin Baş katibi: İrəvan bizim işimizdə iştirak etmir
Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” tanımır Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” tanımır
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Energetika Nazirliyində kollegiya iclası keçirilib Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycanda minatəmizləmə mövzusunda beynəlxalq konfrans keçiriləcək Azərbaycanda minatəmizləmə mövzusunda beynəlxalq konfrans keçiriləcək
Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini cüzi azaldıb Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini cüzi azaldıb

8-06-2023, 17:55 205

Əli Əsədov: "Xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaradılıb" Əli Əsədov: "Xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaradılıb" Xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaradılıb. Far.Azun xəbərinə görə, bunu Azərbaycanın Baş

"Xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaradılıb".

"Far.Az"un xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Rusiyaın Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə keçirilən iclasında deyib.

Baş nazir iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ayın sonunda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakının əhəmiyyətini qeyd edib.

Ə.Əsədov deyib ki, Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.

Vurğulanıb ki, iqtisadi-ticari əlaqələr qarşılıqlı münasibətlərin əsas vektorudur.

“Ötən ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Azərbaycanın xarici ticarət dövriyyəsində Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin payı təqribən 9 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsinin artımı 38 faizə bərabər olub”, - deyə Baş nazir diqqətə çatdırıb.

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə investisiya sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edən Ə.Əsədov iclas iştirakçılarını ölkəmizdəki əlverişli investisiya mühiti barədə məlumatlandırıb.

“Biz xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaratmışıq”, - deyə Baş nazir əlavə edib.

Nəqliyyat sahəsində tərəfdaşlığa toxunan Ə.Əsədov qeyd edib ki, qlobal geosiyasi mənzərədə mühüm dəyişikliklər bir çox ölkələr tərəfindən logistika zəncirlərinin və axınlarının məcburi şəkildə yenidən təşkili ilə nəticələnib.

“Bu fonda dövlətlərimizin ərazisindən keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı artır. Azərbaycan ərazisi ilə yük axını sabit sürətlə artır. “2022-ci ilin yekunlarına görə, artım 75 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26 faiz artıb”, - deyə Baş nazir diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının vacib halqası kimi çıxış edir.

Baş nazir Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının üzvlərinin diqqətini Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı üzrə gördüyü işlərə çəkərək, bildirib ki, ölkədə son 20 ildə minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları tikilib və ya əsaslı təmir olunub.

Ə.Əsədov deyib: “Bu gün biz Şimal nəqliyyat şəbəkəsini Cənub və Şərq şəbəkələri ilə birləşdirərək, azad olunmuş Qarabağda avtomobil və dəmir yollarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına sərmayə yatırırıq”.

Qeyd olunub ki, Azərbaycan ərazisində - Laçında artıq 2025-ci ildə istismara veriləcək 9-cu beynəlxalq hava limanının tikintisi yüksək sürətlə gedir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması üzrə işlər davam etdirilir.

“Bütün bu tədbirlər yükdaşımaların artan həcminin öhdəsindən gəlmək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli şəkildə artırmağa imkan verəcək”, - deyə Ə.Əsədov vurğulayıb.

Baş nazir bildirib ki, Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə ikitərəfli formatda dövlətlərarası münasibətlərin geniş gündəliyi nəzərə alınmaqla, Azərbaycan bundan sonra da bütün istiqamətlər üzrə əlaqələrin artırılması üçün ciddi səylərini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Energetika

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Region

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Region

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Region

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

Region

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

Region

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 
Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Region

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik