Bugün
Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib
Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
KTMT-nin Baş katibi: İrəvan bizim işimizdə iştirak etmir KTMT-nin Baş katibi: İrəvan bizim işimizdə iştirak etmir
Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” tanımır Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” tanımır
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Energetika Nazirliyində kollegiya iclası keçirilib Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycanda minatəmizləmə mövzusunda beynəlxalq konfrans keçiriləcək Azərbaycanda minatəmizləmə mövzusunda beynəlxalq konfrans keçiriləcək
Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini cüzi azaldıb Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini cüzi azaldıb

10-06-2023, 11:48 210

“NEGlobal”: Azərbaycan yeni qlobal enerji təhlükəsizliyində xüsusi rol oynaya bilər “NEGlobal”: Azərbaycan yeni qlobal enerji təhlükəsizliyində xüsusi rol oynaya bilər Azərbaycan Rusiyanın Ukraynaya təcavüzü və “yaşıl iqtisadiyyat”a keçid fonunda yeni qlobal enerji təhlükəsizliyində xüsusi rol oynaya bilər. Far.Az xəbər verir

Azərbaycan Rusiyanın Ukraynaya təcavüzü və “yaşıl iqtisadiyyat”a keçid fonunda yeni qlobal enerji təhlükəsizliyində xüsusi rol oynaya bilər.

Far.Az xəbər verir ki, “NEGlobal” nəşrində dərc edilmiş materialda belə qeyd olunub. 28-ci Bakı Enerji Forumunda iştirak edən Böyük Britaniya baş nazirinin Azərbaycan və Qazaxıstan üzrə ticarət elçisi Baronessa Emma Nikolson nəşrə açıqlamasında bildirib ki, London Bakı ilə xüsusilə təmiz enerji sahəsində güclü tərəfdaşlığa malikdir. O, Azərbaycanın Xəzəryanı qonşusu olan Qazaxıstanla qlobal enerji tədarükünün stabilləşdirilməsinə və enerji nəqlinə verdiyi töhfənisi vurğulayıb.

Nikolson Azərbaycanın qlobal enerji təhlükəsizliyində haqlı olaraq ön sıralarda olduğunu bildirib: “Onların fəal tərəfdaşı olmağımıza çox şadıq. Təmiz enerjiyə keçid çətindir və biz bunu onlarla birlikdə edirik. Mən iki tərəf arasında bu inanılmaz güclü tərəfdaşlığa görə çox şadam”, - deyə Baronessa bildirib.

Emma Nikolsonun sözlərinə görə, Londonun Bakı ilə neft və qaza əsaslanan ticari-iqtisadi əlaqələri son bir neçə ildə sürətlə inkişaf edib. O, təmiz enerji kimi yeni bir istiqamətin əməkdaşlıq əlaqələrini şaxələndirdiyini əlavə edib.

Materialda qeyd olunub ki, Böyük Britaniya 2022-ci il Bakı Enerji Həftəsi çərçivəsində Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə hazırlanan Azərbaycan üçün Dəniz Küləyi Yol Xəritəsinin əsas sponsoru olub. Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin hesabatına görə, dəniz küləyi geniş miqyasda inkişaf etdirilərsə, Azərbaycanın daxili istehlakında qaza tələbat azala bilər ki, bu da onun daha çox təbii qaz ixrac etməsinə şərait yarada bilər.

Qeyd olunub ki, Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın digər yeni sahələrinə de-karbonizasiya, Azərbaycanda “yaşıl” hidrogenin inkişafı, neft və qaz platformalarının elektrikləşdirilməsi, enerji innovasiya zonaları və enerjinin saxlanılması həlləri daxildir. Vurğulanıb ki, Böyük Britaniya hökumətlərarası işçi qrupu vasitəsilə bu sahədəki bilik və təcrübəsini Azərbaycanla bölüşür.

Materialda əlavə olunub ki, Rusiya-Ukrayna müharibəsi fonunda Mərkəzi Asiya ölkələri enerji və xammal ixracında mühüm rol oynaya bilər. Vurğulanıb ki, hazırkı qlobal geosiyasi vəziyyət Qazaxıstan neftinin, Azərbaycandan qaz və bərpa olunan enerjinin Avropaya ixracını daha vacib edir.

Nikolson Azərbaycanla Britaniya arasında təmiz enerji sahəsində tərəfdaşlığın səviyyəsinin yüksək olduğunu qeyd edib. “Burada olmaqdan çox məmnunam. Biz Azərbaycanın əsas tərəfdaşı olduğumuz üçün çox şanslıyıq və bu, davam edir”, - o, müsahibəsində deyib.

Baronessa Nikolson “Brexit”ə rəğmən Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin indi daha güclü olduğunu deyib. Bununla belə, o, Avropanın dəyişməli olduğunu vurğulayıb.

Forumda iştirak edən Çexiyanın sənaye və ticarət naziri Cozef Sikela isə nəşrə açıqlamasında Rusiyanın Ukraynaya təcavüzünün Avropanın enerji müstəqilliyini və təhlükəsizliyini gücləndirdiyini deyib:

"Ruslar bizə deyirdilər ki, siz bizim qazımız və neftimiz olmadan donacaqsınız, lakin qaz problemini uğurla həll etdik. Əlbəttə, bir gecədə 155 milyard kubmetri əvəz edə bilməzsiniz. Bu vaxt tələb edir, lakin Avropa birlik, həmrəyliklə nümayiş etdirərək, yeni LNG terminallarının tikintisi ilə bu problemi həll etmək bacarığını nümayiş etdirdi. Eyni iradə xam neft və nüvə yanacağı ilə nümayiş etdirilir. Mən qəti şəkildə inanıram ki, 2024-cü ildən başlayaraq Avropanın Rusiyanın qalıq yanacaqlarından asılılıq hekayəsi sona çatacaq”.

Sikela “NE Global”a açıqlamasında Azərbaycan öz xam neft və qaz təchizatı imkanları ilə enerji təhlükəsizliyinin yeni infrastrukturunda çox mühüm rol oynayacağını vurğulayıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Energetika

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Region

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Region

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Region

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

Region

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

Region

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 
Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Region

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik