Türkiyədə gün ərzində növbəti zəlzələ olub.
Far.Az-nın AFAD-a istinadən verdiyi xəbərə görə, Adananın Saimbeyli rayonunda yerli vaxtla saat 17.57 radələrində qeydə alınan 4,2 maqnitudalı zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat yoxdur.
***
saat 12.06
Türkiyədə daha iki zəlzələ qeydə alınıb.
Far.Az-nın AFAD-a istinadən verdiyi xəbərə görə, yerli vaxtda saat 10.41 radələrində Ərzurumun Aziziye rayonunda 4,6 maqnitudalı zəlzələ olub.
Adananın Saimbeyli rayonunda isə 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
***
saat 09.13
Türkiyədə 4,2 maqnitudalı zəlzələ olub.
Far.Az-nın Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 07.42 radələrində qeyd alınan zəlzələnin ocağı Egey dənizində Kuşadası körfəzində, sahildən 10 km uzaqlıqda, 52 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.