Bugün
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişib Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişib
Latviya XİN rəhbəri istefa verib Latviya XİN rəhbəri istefa verib
KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib
Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb
Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb “Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb
Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib

12-06-2023, 16:55 204

Jurnalistlər üçün gender həssaslığı mövzusunda təlim keçirilib Jurnalistlər üçün gender həssaslığı mövzusunda təlim keçirilib Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsiçilərinin və tanınmı

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsiçilərinin və tanınmış bloqerlərin iştirakı ilə ”Mediada gender həssaslığının artırılması” mövzusunda növbəti təlim təşkil edib.

"Report" xəbər verir ki, iyunun 9-11-də Şabran rayonunda keçirilən təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir.

“BMT-nin Əhali Fondu oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi kimi zərərli təcrübələrin qarşısının alınması, habelə qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan mediası ilə sıx əməkdaşlıq edir. Ötən il jurnalistlər və bloqerlər üçün təşkil etdiyimiz təlim böyük maraqla qarşılandı və Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemini mətbuatın və sosial medianın gündəminə gətirdi. Builki təlim mediada gender həssalığının artırılması üçün nəzəri və praktik məlumatlarla zəngin bir məzmunu əhatə edirdi. Biz gender-əsaslı cins seçimi ilə mübarizədə və qız uşaqlarının dəyərini təşviqində medianın rolunun böyük olduğuna inanırıq”, deyə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin rəhbəri Fərid Babayev bildirib.

Qeyd edək, hazırda Azərbaycan doğulanlar arasında cins nisbətinin pozulduğu ölkələr arasında dünyada birinci yerdədir. 2022-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 112 oğlan düşür. 2021-ci ildə isə bu rəqəm hər müvafiq olaraq 100/116 nisbətində olub (100 qız, 116 oğlan).

Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçiminin qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlər və bu fenomenin səbəb ola biləcəyi mənfi nəticələr haqqında danışıblar.

İştirakçılar mediada gender həssaslığının artırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolundan danışıblar.

Təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Energetika

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Region

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Region

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Region

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

Region

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

Region

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 
Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Region

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik