Bugün
Zelenski Ukrayna ordusunun Canköyə hücum etdiyini təsdiqləyib Zelenski Ukrayna ordusunun Canköyə hücum etdiyini təsdiqləyib
TDT Baş katibi Danimarka səfiri ilə iqtisadi məsələləri müzakirə edib TDT Baş katibi Danimarka səfiri ilə iqtisadi məsələləri müzakirə edib
Tokatda zəlzələ olub Tokatda zəlzələ olub
Şarl Mişel: Aİ-nin Türkiyə ilə münasibətlərin inkişafında strateji marağı var Şarl Mişel: Aİ-nin Türkiyə ilə münasibətlərin inkişafında strateji marağı var
Paşinyan: Növbədənkənar seçkilər planlaşdırılmır Paşinyan: Növbədənkənar seçkilər planlaşdırılmır
Gürcüstan polisi: Aksiyada saxlanılanlar var, birində soyuq silah aşkarlanıb - YENİLƏNİB Gürcüstan polisi: Aksiyada saxlanılanlar var, birində soyuq silah aşkarlanıb - YENİLƏNİB
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib

16-05-2023, 11:57 272

Anar Nəzirov: "Zirə" çox haqsızlıqlarla üz-üzə qalıb" - MÜSAHİBƏ Anar Nəzirov: "Zirə" çox haqsızlıqlarla üz-üzə qalıb" - MÜSAHİBƏ Azərbaycan millisinin sabiq qapıçısı Anar Nəzirov peşəkar karyerasına 2005-ci ildə Kəpəzdə başlayıb. Hazırda Zirədə çıxış edən 38 yaşlı

Azərbaycan millisinin sabiq qapıçısı Anar Nəzirov peşəkar karyerasına 2005-ci ildə "Kəpəz"də başlayıb.

Hazırda "Zirə"də çıxış edən 38 yaşlı qolkiper paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionatında 100-cü matçını keçirib. Onun yubileyi Premyer Liqanın 34-cü turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri oyun təsadüf edib.

"Zirə"nin tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən üçüncü futbolçu kimi düşən Nəzirov "Far.Az"un suallarını cavablandırıb.

- XXIV turda "Kəpəz"lə bərabərə qaldınız. "Qəbələ"nin məğlub olduğu turda xal itirmək sizə necə təsir etdi?
- Biz matçımızı "Qəbələ"dən əvvəl keçirmişdik. Onların hansı nəticəni əldə edəcəyini bilmirdik. Belə məqamlara önəm vermirik. Əsas öz oyunumuzu fikirləşirik. İstəyimiz üç xal qazanmaq idi. Buna nail ola bilmədiyimiz üçün çox məyus olduq.

- "Zirə"nin heyətində Premyer Liqada 100-cü oyununuzu keçirdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Bundan xəbərim yox idi. Xoş sürpriz oldu. Komanda çempionatda debüt edəndə də qapıda mən dayanmışdım. 2019-cu ildə "Qəbələ"yə keçməsəydim, bu klubda daha çox oyuna çıxardım.

- Komandada ən çox oyun keçirən futbolçu kimi tarixə düşmək istəyirsinizmi?
- Əlbəttə. Belə bir şeyin olmasını arzulayıram. Amma tək mənim istəyimlə heç nə həll olmur.

- "Qəbələ"dən iki xal geridə olsanız da, hələ də avrokuboklara vəsiqə qazana bilərsiniz. Son iki turda şansları necə görürsünüz?
- Artıq taleyimiz öz əlimizdə deyil. Rəqibin şansları daha çoxdur. Onlar qarşıdakı matçlardan hansındasa məğlub olmalıdırlar. Biz mövsüm ərzində əlimizdə olan şanslardan yaxşı istifadə edə bilmədik, müəyyən uğursuzluqlar yaşadıq. "Turan Tovuz" və "Kəpəz"lə evdəki görüşlərdə bəxtimiz gətirmədi. Sonuncu turun ardından daha çox məyus olduq, "Qəbələ" ilə xalları bərabərləşdirə bilərdik.

- Artıq çempionatda 34 tur geridə qalıb. Hansısa qarşılaşmada haqsızlığa məruz qaldığınızı düşünürsünüzmü?
- Bunlardan çox da danışmaq istəmirəm. Hər kəsin səhvi olur, hakimlər də insandır. Bilirsiniz ki, "Zirə" belə şeylərlə çox üz-üzə qalır.

- Sizcə, bunun səbəbi nədir? Hamısı planlı şəkildə olub?
- Səbəbini mən də bilmirəm. Sadəcə yenə onu demək istəyirəm ki, "Zirə" belə hadisələrlə çox üzləşib.

- Baş məşqçi Rəşad Sadıqov bəzi matçlarda sizə, digərlərində isə Mehti Cənnətova şans verir. Stabilliyin olmamasının əsas səbəbini nədə görürsünüz?
- Bu, baş məşqçinin seçimidir. Kimə inanırsa, ona da şans verir. Yəqin ki, həftəlik məşqlərə əsas qərarlar qəbul edir.

- Artıq 38 yaşınız olacaq. Karyeranızı nə vaxt yekunlaşdırmağı planlaşdırırsınız?
- Hər şey bizim istəyimizlə olmur. Kiçik zədə və başqa hadisələr karyeramızın bitməsi ilə nəticələnə bilər. Bu yaşdan sonra davam etməyi planlaşdırırıqsa, çox diqqətli olmalıyıq. Özümüzə baxmalı, məşqlərdə dözümlü olmalı, cəldliyi və çəkini saxlamalıyıq. Motivasiya və psixoloji baxımdan da hazırlıqlı olmaq vacibdir. Hazırda davam etmək üçün gücüm var, sabah necə olacağını bilmirəm. Bir sözlə, karyeramı davam etdirmək istəyirəm.

- "Zirə" sizə yeni müqavilə təklif edibmi?
- Hələlik bu yöndə danışığımız olmayıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib

Region

Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib

Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik

Region

Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik

Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik

Region

Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik

Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib

Tbilisidə etirazlar: ötən günə nəzərən bu gün aksiya dinc şəraitdə keçir

Region

Tbilisidə etirazlar: ötən günə nəzərən bu gün aksiya dinc şəraitdə keçir

Tbilisidə etirazlar: ötən günə nəzərən bu gün aksiya dinc şəraitdə keçir
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq

Region

Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq

Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?

Region

Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?

Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB

Biznes

Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB

Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB