Bugün
Tacikistanda “Crocus”da baş verən terror aktı ilə əlaqəli 9 nəfər saxlanılıb Tacikistanda “Crocus”da baş verən terror aktı ilə əlaqəli 9 nəfər saxlanılıb
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Səfir: ABŞ Ermənistanla münasibətlərə Rusiya ilə qarşıdurma kontekstində baxır Səfir: ABŞ Ermənistanla münasibətlərə Rusiya ilə qarşıdurma kontekstində baxır
Türkiyədə hakim partiyanın sədr müavini vəfat edib Türkiyədə hakim partiyanın sədr müavini vəfat edib
Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib
Azərbaycan “Saudi Green” və “Middle East Green” ilə emissiyaların idarə edilməsini müzakirə edib Azərbaycan “Saudi Green” və “Middle East Green” ilə emissiyaların idarə edilməsini müzakirə edib
“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
Zelenski tərəfdaşlara xəbərdarlıq edib: Rusiya əks-hücum əməliyyatlarına hazırlaşır Zelenski tərəfdaşlara xəbərdarlıq edib: Rusiya əks-hücum əməliyyatlarına hazırlaşır
Azərbaycan BMT ilə enerji səmərəliliyinə investisiyaların artırılmasını müzakirə edib Azərbaycan BMT ilə enerji səmərəliliyinə investisiyaların artırılmasını müzakirə edib
ABŞ konqresmenləri ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Türkiyədə səfərdədir ABŞ konqresmenləri ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Türkiyədə səfərdədir

5-04-2023, 15:57 258

“UNESCO-nun baş direktoru qeyri-peşəkardır, özünü Fransa XİN-nin əməkdaşı kimi aparır” - RƏY “UNESCO-nun baş direktoru qeyri-peşəkardır, özünü Fransa XİN-nin əməkdaşı kimi aparır” - RƏY “UNESCO-nun baş direktoru Odri Azulay özünü Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı kimi aparır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur A

“UNESCO-nun baş direktoru Odri Azulay özünü Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı kimi aparır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev O.Azulayın Ukraynaya səfərini şərh edərkən deyib.

O bildirib ki, UNESCO-nun hazırki rəhbərinin Azərbaycana qarşı fobiyasının olduğu sirr deyil.

Deputat vurğulayıb ki, O.Azulay səlahiyyətlərini icra etməyə başladığı ilk gündən Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir.

“Biz onsuz da xalqımıza qarşı ikili standartlara öyrəşmişik. Ancaq onun UNSECO kimi nüfuzlu beynəlxalq strukturu şəxsi, simpatiya bəslədiyi və ya vətəndaşı olduğu dövlətin maraqlarının qurbanına çevirməsi təəssüfedici hal olmaqla yanaşı, həm də qeyri-peşəkarlığın bariz göstəricisidir. Azulay 2017-ci ildən UNSECO-nun baş direktorudur və ondan əvvəl isə Fransanın mədəniyyət naziri olub. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, Azərbaycanın onilliklər boyu işğal altında olan torpaqlarına faktaraşdırıcı missiyanın göndərilməsinə razılıq verməyib”, - E.Allahverdiyev deyib.

Onun sözlərinə görə, O.Azulay Azərbaycana münasibətdə özünü UNESCO-nun ali rəhbəri kimi deyil, ölkəmizə münasibətdə ədalətsiz mövqe göstərən dövlətin vətəndaşı kimi aparır: “Fransanın “bacısı” Ermənistana görə Azərbaycana qarşı düşmənçilik həddinə çatmış siyasətini başa düşürük. Ancaq hər hansı beynəlxalq təşkilatda yüksək vəzifə tutmuş nümayəndənin bu qurumdakı vəzifələrini unudub özünü sanki hansısa dövlətin XİN-ni təmsil edən bir məmur kimi aparması nə qədər düzgündür? UNESCO-nun baş direktoru özünü Fransa XİN-nin əməkdaşı kimi aparır. Bu, qeyri-peşəkarlıqdır”.

E.Allahverdiyev söyləyib ki, UNESCO 30 ilə yaxın işğal dövründə Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, ermənilərin işğal etdiyi ərazilərə missiya göndərməyib.

“Dövlətimiz ermənilərin törətdikləri vəhşiliklər barədə dəfələrlə faktlar, sübutlar təqdim etsə də, bu beynəlxalq təşkilatdan səs çıxmayıb. Əsas o olub ki, Ermənistan razı deyil. Halbuki beynəlxalq hüquqa görə, Ermənistanın Ağdama və ya Füzuliyə beynəlxalq missiyanın gəlişinə hər hansı münasibət bildirməyə haqqı yoxdur. Çünki bura Azərbaycan ərazisidir. Ancaq 2020-ci ilin müharibəsindən sonra hay-küy qaldırmış ermənilərin çağırışlarına reaksiya verilir. Bu fakt UNESCO-nun qeyri-obyektivliyinin göstəricisi deyilmi? Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qurumun xoşməramlı səfiri olmaqdan imtina etməsi bütün dünyaya UNESCO-nun tərəfkeşlik etdiyini göstərdi”, - o əlavə edib.

E.Allahverdiyevin fikirincə, tək beynəlxalq təşkilatlar deyil, ayrı-ayrı dövlətlər də çox vaxt ümumbəşəri anlayışları öz maraqları naminə tapdaq altına alırlar: “Biz UNESCO-dan danışırıq, ancaq qonşumuz, müsəlman dövləti olan İran 30 ildir gözünün qabağında məscidləri dağıdan, talan və təhqir edən vandalların başına sığal çəkir. Son iki ildir 1 milyon şiə müsəlmanı yurdundan-yuvasından edən Ermənistanın maraqlarının onun maraqları olduğunu bəyan edir. Müsəlman dövləti bunu edirsə, ermənilərin “böyük bacısı” olan Fransanın təmsilçisindən nə gözləmək olar?!”.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Region

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Region

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Region

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Region

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

Futbol

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Biznes

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək