“Qəbələ”nin əvəzedici komandasının məşqçisi Elçin Rzazadə 5 oyunluq cəzalandırılıb.
“Report”un məlumatına görə, buna səbəb qapıçılar üzrə məşqçinin “Zaqatala”ya qarşı Birinci Divizionun XXIX tur matçından sonra rəsmi şəxslərə qarşı qeyri-etik ifadələr işlətməsi olub.
AFFA İntizam Komitəsi həmin oyunda qırmızı vərəqə alan Rzazadəyə 5 matçlıq cəza tətbiq etməklə yanaşı, klubunu da 400 manat məbləğində cərimələyib.
Qeyd edək ki, “Zaqatala” – “Qəbələ-2” oyunu 2:2 hesabı ilə başa çatıb.