Şəkidə bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Report" xəbər verir ki, 1992-ci il təvəllüdlü Tural Əkrəmli martın 3-də idarə etdiyi “Kia Sportage Minik” markalı avtomobillə Şəki şəhəri, Qoxmuq dairəsi istiqamətində hərəkətdə olarkən piyada, 1958-ci il təvəllüdlü Ramazan Qafarlını vurub.
Həmin gün Şəkidəki xəstəxanaya, səhəri gün isə Abşerondakı tibb müəssisəsinə yerləşdirilmiş piyada aldığı xəsarətlərdən aprelin 7-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.