Biləsuvarda azyaşlı qardaş-bacı zəhərlənib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, 1 və 3 yaşlı qardaş-bacı zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına gətirilib. Onlara lazımi tibbi yardım göstərilib.
Azyaşlıların dərmandan zəhərləndiyi bildirilir.