Goranboyda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin aşması nəticəsində, 1995-ci il təvəllüdlü T. Muradov, 1996-cı il təvəllüdlü P.Muradov, 1987-ci il təvəllüdlü R.Kərimov, 1983-cü il təvəllüdlü E.Acilov və daha bir nəfər xəsarət alıb.
Onlardan 3-ü ambulator yardımdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy rayon Xan Qərvənd yolunda qeydə alınıb.
Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.