"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"
Far.Az xəbər saytı

"Kür"ün kapitanı: "Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir"


Bu mənim üçün Avropa Kubokunda ilk qələbədir.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının kapitanı Ramazan Muradov Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

O, sabah daha yaxşı oynamağa çalışacaqlarını deyib:

"Neçə illərdir avrokuboklarda oynayırdım, amma qələbə qazana bilmirdim. Sabahkı oyuna hazırlaşırıq. Bugünkü kimi oynayacağıq. Daha çox top fərqi ilə qalib gəlməyə hazırıq".

İkinci Qarabağ müharibəsi qazisi olan R.Muradov cavab oyunundakı şanslar haqqında danışıb:

"Birinci hissə istədiyimiz kimi alınmadı. İkinci hissədə daha yaxşı oynadıq. Sabahkı oyunun ilk dəqiqələrindən daha yaxşı çıxış etməyə çalışacağıq. Belədə daha çox qol vurmaq şansımız olacaq".

Qeyd edək ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin 35:31 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər