"Napoli" Skott Maktomineyin müqaviləsinin müddətini uzatmaq istəyir
Far.Az xəbər saytı

"Napoli" Skott Maktomineyin müqaviləsinin müddətini uzatmaq istəyir


İtaliyanın "Napoli" klubu şotlandiyalı yarımmüdafiəçisi Skott Maktomineyin müqaviləsinin müddətini uzatmaq üçün hərəkətə keçib.

"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu yaxın həftələrdə klubun idman direktoru Covanni Manna və prezidenti Aurelio De Laurentis ilə görüşəcək.

Görüşdə oyunçunun 2028-ci ilin iyununda başa çatacaq müqaviləsinin müddətinin daha iki il uzadılması müzakirə olunacaq.

Qeyd edək ki, 2024-cü ilin avqustundan İtaliya komandasında çıxış edən Skott Maktominey 2025/2026 mövsümündə keçirdiyi 44 matçda 14 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 40 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Napoli" Skott Maktomineyin maaşını artırmağı və müqavilə müddətini uzatmağı planlaşdırır
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər