Yann Zommer "İnter" klubunu tərk edib
Far.Az xəbər saytı

Yann Zommer "İnter" klubunu tərk edib


İsveçrə millisinin sabiq qapıçısı Yann Zommer "İnter" klubunu tərk edib.

"Far.Az" İtaliya A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qolkiper müqavilə müddəti başa çatdıqdan sonra komandadan ayrılıb.

Y.Zommer 2023-cü ilin yayından Milan təmsilçisində çıxış edirdi. O, "İnter"in heyətində 2 dəfə İtaliya A Seriyasının çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.

Qeyd edək ki, Y.Zommer 2025/2026 mövsümündə 43 matçda meydanda olub, 42 qol buraxıb və 19 görüşdə qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı onun dəyərini 2 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər