"Google Gemini"nin Azərbaycandakı bazar payı 2 ayda 5 dəfəyə yaxın azalıb
İyun ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 85,86 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 6,34 faiz bəndi çoxdur, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 10,35 faiz bəndi azdır.
İkinci pillədəki "Google Gemini"nin bazar payı aylıq 8,98 faiz bəndi azalaraq, illik isə 3,71 faiz bəndi artaraq 4,48 % təşkil edib. Beləliklə onun payı təkcə son 2 ayda 4,5 dəfə azalıb.
Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı aylıq 2,41 faiz bəndi, illik isə 3,98 faiz bəndi artaraq 4,47 % təşkil edib.
Dördüncü yerdəki "Claude"un bazar payı aylıq 0,98 faiz bəndi, illik isə 3,67 faiz bəndi artaraq 3,81 % təşkil edib.
İlk beşliyi 1,38 %-lik bazar payı ilə "Microsoft Copilot" qapayır. Onun payı aylıq 0,74 faiz bəndi, illik isə 1,01 faiz bəndi azalıb.
Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"ChatGPT" – 84,81 % (aylıq 7,15 faiz bəndi çox və illik 11,5 faiz bəndi az);
"Google Gemini" – 4,45 % (aylıq 10,22 faiz bəndi az və illik 3,65 faiz bəndi çox);
"Perplexity" – 4,84 % (aylıq 2,72 faiz bəndi və illik 4,52 faiz bəndi çox);
"Claude" – 4,32 % (aylıq 1,11 faiz bəndi və illik 4,16 faiz bəndi çox);
"Microsoft Copilot" – 1,58 % (aylıq 0,73 faiz bəndi və illik 0,83 faiz bəndi az);
Mobil cihazlarda:
"ChatGPT" – 92,96 % (aylıq 0,41 faiz bəndi və illik 3,02 faiz bəndi az);
"Google Gemini" – 4,69 % (aylıq 0,27 faiz bəndi və illik 4,12 faiz bəndi çox);
"Perplexity" – 2,05 % (aylıq 0,39 faiz bəndi və illik 0,33 faiz bəndi çox);
"Claude" – 0,29 % (mayda və bir il əvvəl payı 0 həddində olub);
Planşetlərdə:
"ChatGPT" – 100 % (aylıq 50 faiz bəndi və illik 50 faiz bəndi çox);
Oxşar xəbərlər
"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
"ChatGPT" son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirib
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













