DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-8
Far.Az xəbər saytı

DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-8


Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.

Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçisi Mohamed Haninin (55) öz qapısına vurduğu qol yekun hesabı təyin edib.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penaltilər seriyasında daha dəqiq oynayan Misir (4:2) 1/8 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Argentina - Kabo Verde cütünün qalibi olacaq.

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda əlavə vaxt başa çatıb.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçının əsas və əlavə vaxtında qələbə qazanan çıxmayıb - 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşəcək.

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçının əsas vaxtında qələbə qazanan çıxmayıb - 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Burada da tərəflərdən biri üstün olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda əsas vaxt başa çatıb.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan çıxmayıb - 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da tərəflərdən biri üstün olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Avstraliya hesabı bərabərləşdirib - 1:1.

55-ci dəqiqədə Mohamed Haninin avtoqolu "status-kvo"nu bərpa edib.

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir- 1:0.

13-cü dəqiqədə Emam Aşur başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir- 1:0.

13-cü dəqiqədə Emam Aşur başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.

13-cü dəqiqədə Emam Aşur başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı uruqvaylı FIFA referisi Qustavo Texera idarə edir.

Oxşar xəbərlər

Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb
DÇ-2026: Avstraliya - Misir matçında əlavə vaxt başlayıb - YENİLƏNİR-6
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər