Emin İskəndərov: Cüdoçularımızın Avropa çempionatında nəticələrinin yüksək olacağına inanırdıq
Far.Az xəbər saytı

Emin İskəndərov: Cüdoçularımızın Avropa çempionatında nəticələrinin yüksək olacağına inanırdıq


Cüdoçularımızın yüksək hazırlığından sonra Avropa çempionatında nəticələrimizin yaxşı olacağına inanırdıq.

"Report"un xəbər verir ki, bunu Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisinin baş məşqçisi Emin İskəndərov İspaniyada keçirilən Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan milli komandanın nəticələrini qiymətləndirərkən deyib.

E.İskəndərov qeyd edib ki, qitə çempionatına 7 çəki dərəcəsi üzrə idmançılarla yola düşüblər: "Yalnız bir - 60 kq. çəki üzrə yarışda məğlub olduq. Ən sevindirici hal odur ki, idmançılarımız digər bütün çəki dərəcələri üzrə yüksək nəticələr əldə etməklə tarixi nəticələrə imza atdı.

Avropa çempionatın ab-havası çox yüksək olduğu üçün, açığı, nəticələrimizin bu dərəcədə olacağını gözləmirdik. 73, 81 və 90 kq çəki dərəcələrində nəticələr gözləmədiyimiz hal idi. Ötən il bu çəkilərdə nəticələrimiz zəif idi, üç çəkidə idmançılarımız Avropa çempionu oldu, amma yuxarı çəki dərəcələrində heç bir nəticə əldə edə bilmədik.

Bu il yuxarı çəki dərəcələrində nəticələr yenilik oldu. İdmançılarımız yüksək perfomans göstərdilər. Həm Nihad Ağayev, həm Fərid Rzazadə çox yaxşı nəticələr göstərdilər, rəqiblərini üstələdilər. Fəridin ilk görüşü Ermənistan idmançısı ilə oldu. Xatırladım ki, Tbilisidəki yarışda da onu məğlub etmişdi. Bu çempionatda da onu bacardı".

"Sevindirici hal odur ki, finalda bütün zal iki idmançımızı alqışladı. Bu, bizim üçün böyük göstəricidir ki, görün Azərbaycan cüdosu hansı yüksək səviyyədədir.

İdmançılarımız bir müddət istirahət edəcək. İyulun 20-dən avqustun 1-dək təlim-məşq toplantısı keçəcəyik. Bundan sonra Ekvadorda keçiriləcək dünya çempionatına hazırlaşacağıq".

Xatırladaq ki, Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq), Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov isə bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər