Dini Komitənin sədri ABŞ nümayəndə heyətini Azərbaycandakı dialoq mühiti barədə məlumatlandırıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 28-də ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Bu barədə "Far.Az"a Komitədən məlumat verilib.
Komitə sədri görüşdə Azərbaycandakı dialoq mühiti və çoxəsrlik tolerantlıq ənənələrindən söz açıb:
"Dini etiqad azadlığının təmin edilməsi və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması dövlətin din siyasətinin prioritetləri sırasında yer alır. Azərbaycanda müxtəlif dini konfessiyaları təmsil edən 950-dən çox dini icma fəaliyyət göstərir, bütün dinlərə məxsus abidələr qorunur".
Söhbət zamanı ABŞ-yə səfərini xatırladan Ramin Məmmədov əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə yönələn bütün səylərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Nortvud” kilsəsinin baş pastoru Bob Roberts nümayəndə heyəti üzvlərinin Azərbaycanda olduqları qısa müddət ərzində birgəyaşayış mühitinə canlı şahidlik etdiklərini bildirib. O, səfər çərçivəsində Dinlərarası Qonşuluq Şəbəkəsi nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərən dini icmalarla birgə təşkil edəcəkləri tədbirdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.
Oxşar xəbərlər
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ramin Məmmədov: İlahiyyat İnstitutunun qadın məzunları ölkədə dini təhsilə mühüm töhfələr veriblər
Dini Komitənin sədri Şəhidlər və Hacı Cavad məscidini ziyarət edib-YENİLƏNİB
Ramin Məmmədov Misirdə bir sıra görüşlər keçirib
Dövlət Komitəsinin sədri ABŞ-də Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək













