Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılmasının elektronlaşdırılması I oxunuşda qəbul edilib
Milli Məclis əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurların elektronlaşdırılmasını ilk oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarında dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin ediləcək.
Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklə isə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün əlavə əsas müəyyən olunur. Belə ki, Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməməsi də imtina əsası kimi təsbit olunur.
"Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş dəyişikliyə əsasən isə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.
Bundan əlavə, qanun layihəsində nəzərdə tutulan keçid müddəasına görə, qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq. Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcək. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı YENİLİK
Milli Məclisin növbəti iclasında 22 məsələ müzakirə olunacaq - YENİLƏNİB
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
-
Süni intellekt üçün internet Bakcelldən
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













