Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi
Far.Az xəbər saytı

Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası"nı təsdiqləyib.

Far.Az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, kvota aşağıdakı kimidir:

Tikinti obyektlərinin təyinatı

Tikinti obyektləri üçün parklanma yerlərinin minimal sayı

(avtomobil-yer)

1. Yaşayış binaları

1.1. Çoxmənzilli yaşayış binaları

hər mənzil üçün 1 yer, ümumi sahəsi 180 m2 və bundan yuxarı olan hər mənzil üçün 1,3 yer

1.2. Fərdi yaşayış evləri

hər ev üçün 1 yer

2. İdarəetmə, hüquq və maliyyə-kredit təşkilatları, ofis binaları və otaqları

2.1. Dövlət orqanları (qurumları) üçün binalar

ümumi sahənin hər 75 m2 üçün 1 yer

2.2. Yerli özünüidarəetmə orqanları üçün binalar

ümumi sahənin hər 100 m2 üçün 1 yer

2.3. İş mərkəzləri, sığorta və hüquq təşkilatları, ofis binaları və otaqları

ümumi sahənin hər 50 m2 üçün 1 yer

2.4. Banklar və maliyyə-kredit təşkilatları

ümumi sahənin hər 50 m2 üçün 1 yer

2.5. Çoxfunksiyalı bina və komplekslər *

binanın müxtəlif funksiyalı hər bölməsi üçün bu cədvələ uyğun olaraq ayrıca müəyyən edilir

3. Təhsil müəssisələri, elmi və layihə təşkilatları

3.1. Məktəbəqədər təhsil müəssisələri

ümumi sahənin hər 300 m2 üçün 1 yer

3.2. Ümumi təhsil müəssisələri

ümumi sahənin hər 300 m2 üçün 1 yer

3.3. İlk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələri

ümumi sahənin hər 200 m2 üçün 1 yer

3.4. Təlim-tədris və hazırlıq kursları

ümumi sahənin hər 300 m2 üçün 1 yer

3.5. Elmi, elmi-tədqiqat və layihə təşkilatları

ümumi sahənin hər 170 m2 üçün 1 yer

4. Səhiyyə müəssisələri

4.1. Poliklinikalar və digər ambulator tipli müəssisələr

ümumi sahənin hər 100 m2 üçün 1 yer

4.2. Xəstəxanalar və digər stasionar tipli müəssisələr

hər 5 çarpayı üçün 1 yer

5. Ticarət obyektləri

5.1. Mağazalar (ayrıca yerləşən və ümumi sahəsi 200 m2-dən çox olan)

ümumi sahənin 200 m2-dən çox olan hər 50 m2 hissəsi üçün 1 yer

5.2. Bazarlar və topdan satış mərkəzləri

ümumi sahənin hər 100 m2 üçün 3 yer

6. İaşə obyektləri və mehmanxanalar

6.1. Restoranlar

ümumi sahənin hər 50 m2 üçün 1 yer

6.2. Kafeteri və çayxanalar

ümumi sahənin hər 75 m2 üçün 1 yer

6.3. Şadlıq sarayları və mərasim zalları

ümumi sahənin hər 30 m2 üçün 1 yer

6.4. Mehmanxanalar və digər növ yerləşdirmə obyektləri

hər 15 çarpayı üçün 1 yer

6.5. Motellər

otaq sayının ən azı 80%-i üçün yer

7. Mədəniyyət və dini obyektlər

7.1. Kinoteatr, teatr, sirk, konsert və konfrans zalları

hər 10 oturacaq üçün 1 yer

7.2. Kitabxanalar, rəsm qalereyaları, muzeylər və sərgi salonları

ümumi sahənin hər 350 m2 üçün 1 yer

7.3. Məscidlər, kilsələr, sinaqoqlar və digərləri

ümumi sahənin hər 100 m2 üçün 1 yer

8. İdman və əyləncə obyektləri

8.1. Tamaşaçı yerləri olmayan idman obyektləri (məsələn məşq bazaları)

idman sahəsinin hər 200 m2 üçün 1 yer

8.2. Tamaşaçı yerləri olan idman kompleksləri və stadionlar

hər 20 oturacaq üçün 1 yer

8.3. Tamaşaçı yerləri olmayan oyun və idman zalları (fitnes, idman və məşq zalları)

ümumi sahənin hər 100 m2 üçün 1 yer

8.4. Tamaşaçı yerləri olan oyun və idman zalları

ümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer

8.5. Açıq üzgüçülük hovuzları, akvaparklar

hovuzun hər 10 m2 sahəsi üçün 1 yer

8.6. Tamaşaçı yerləri olmayan qapalı üzgüçülük hovuzları

ümumi sahənin hər 100 m2 üçün 1 yer

8.7. Tamaşaçı yerləri olan qapalı üzgüçülük hovuzları

ümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer

8.8. İstirahət və əyləncə obyektləri (əyləncə mərkəzləri, oyun avtomatları zalları və s.)

ümumi sahənin hər 30 m2 üçün 1 yer

9. Kommunal obyektlər

9.1. Hamamlar, saunalar

ümumi sahənin hər 35 m2 üçün 1 yer

10. Nəqliyyat obyektləri

10.1. Sərnişin vağzalları (dəmir yolu, avtomobil, su nəqliyyatı və aerovağzallar) və limanlar

hər 10 sərnişin üçün 1 yer

10.2. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və stansiyaları

ümumi sahənin hər 40 m2 üçün 1 yer

11. İstehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) obyektləri

11.1. Sənaye və elmi-istehsalat müəssisələri

ümumi sahənin hər 150 m2 üçün 1 yer

11.2. Logistika (anbar) obyektləri

ümumi sahənin hər 250 m2 üçün 1 yer

12. Rekreasiya əraziləri və istirahət obyektləri

12.1. Çimərliklər və parklar

hər 100 eyni zamanda gələn ziyarətçiyə 15 yer

12.2. Meşə-parklar və qoruqlar

hər 100 eyni zamanda gələn ziyarətçiyə 7 yer

12.3. İstirahət evləri və bazaları, sanatoriyalar, sanatoriya-profilaktoriyalar və turist bazaları

hər 100 istirahət edən üçün 10 yer

12.4. Kurortlar, pansionatlar, təbii müalicəvi sağlamlıq mərkəzləri (termal kurortlar)

otaq sayının ən azı 25%-i üçün 1 yer

13. Qəbiristanlıqlar

13.1. Qəbiristanlıqlar

hər 1 hektar ərazi üçün 10 yer

Komitənin Ümumi işlər və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Oxşar xəbərlər

Azərbaycanda "Parklanma yerlərinin minimal sayının məcburi kvotası" təsdiq edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda ofis binasında PARTLAYIŞ: Xilasetmə görüntüləri
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər