Ramin Cəfərov: Azərbaycan dünyada unikal birgəyaşayış, dini tolerantlıq və multikulturalizm modelidir
Far.Az xəbər saytı

Ramin Cəfərov: Azərbaycan dünyada unikal birgəyaşayış, dini tolerantlıq və multikulturalizm modelidir


Azərbaycan dünyada unikal birgəyaşayış, dini tolerantlıq və multikulturalizm modelidir.

"Report"un Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Baku TV"nin direktoru Ramin Cəfərov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda din və media münasibətlərinin sağlam zəmində qurulması, eləcə də uğurlu inkişafının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

R.Cəfərov bildirib ki, birgəyaşayış, dini tolerantlıq və multikulturalizm sadəcə dövlət siyasəti deyil, Azərbaycan xalqının həyat tərzidir: "Mənəvi dəyərlərimizin, milli adət-ənənələrimizin və ölkəmizdəki real tolerantlıq mühitinin həm daxildə, həm də beynəlxalq arenada düzgün təbliği üçün bütün media qurumları səylə çalışmalıdır".

O vurğulayıb ki, "Baku TV" fəaliyyətində peşəkarlıq, obyektivlik və milli maraqların qorunması prinsiplərini rəhbər tutur: "Dini mövzuların düzgün, savadlı və manipulyasiyalardan uzaq təqdimatı yayım siyasətimizdə öz əksini tapır. "Baku TV", eləcə də "Global Media Group"a daxil olan media resursları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirləri daim işıqlandırır, media-tərəfdaş qismində iştirak edir".

"Baku TV"nin direktoru əlavə edib ki, konfransın gündəliyindəki mövzular rəqəmsal mediada dini diskurs, informasiya manipulyasiyası və dini savadlılıq bu gün üçün olduqca aktualdır: "İnanıram ki, bu müzakirələr ümumi işimizə böyük töhfə verəcək".

Oxşar xəbərlər

Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər