Bugün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
“Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb
Yunanıstanda 6 maqnitudalı zəlzələ olub Yunanıstanda 6 maqnitudalı zəlzələ olub
KİV: Ermənistanın hakim partiyası parçalanır, ən yaxın adamı Paşinyana etiraz edir KİV: Ermənistanın hakim partiyası parçalanır, ən yaxın adamı Paşinyana etiraz edir
Pərviz Şahbazov: “Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq” Pərviz Şahbazov: “Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq”
Ermənistanda Solovyovun verilişləri qadağan olunub Ermənistanda Solovyovun verilişləri qadağan olunub
MİDA-nın vəzifəli şəxsi vəfat edib MİDA-nın vəzifəli şəxsi vəfat edib
Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
“Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib “Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

31-05-2022, 00:00 1 460

Gənclər və İdman naziri: “Düşünürəm ki, bunların hamısı nəticə verəcək” Gənclər və İdman naziri: “Düşünürəm ki, bunların hamısı nəticə verəcək” Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında ke

Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında keçirilən yarışın qızıl medalçısı çexiyalı Liptak Jiri olub.

APA-nın xəbərinə görə, stend atıcılığının bugünkü final yarışını Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Bakı Atıcılıq Mərkəzində izləyib. Nazir qaliblərə medalları təqdim edib.

“Hazırda burada 66 ölkədən 700-dən artıq idmançı iştirak edir. Bu da dünya kuboku üçün böyük rəqəmdir. Bu turnir Azərbaycanın böyük yarışları qəbul edə bildiyinin sübutudur” – nazir jurnalistlərə açıqlamasında bildirib.

Yarışların ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir əlavə edib: “Bu idman növündə bizim adət-ənənələrimiz var. Sadəcə, bunu geri qaytarıb, inkişaf etmək lazımdır. Bunun üçün işlər görülür. Federasiya bu məsələrlə bağlı çalışır. Biz də bunu görürük”

Daha sonra Gənclər və İdman naziri komandamızın nəticələrinə də toxunub: “Bilirsiniz ki, Ruslan Lunyov bu il çox yaxşı nəticələr əldə edib. Amma doğma meydanda həyacanlıdır. Onun hələ də medal qazanmaq üçün şansı var. İnanıram ki, bu il də onun üçün uğurlu olacaq. Ümumiyyətlə, digər idmançılarımız da müəyyən çətinlik dövründən sonra yaxşı nəticələr əldə edəcəklər. Komandamızın heyətində gənc atıcılarımız var. Yenə qeyd edirəm ki, bizdə atıcılıqla bağlı adət-ənənə var. Ən əsası da düzgün idarəçilik var. Düşünürəm ki, bunların hamısı nəticə verəcək”.

Özünün atıcılığa marağı ilə bağlı suala isə nazir Fərid Qayıbov belə cavab verib: “Mənim gözüm bir az pis görür. Məndə heç vaxt atıcılıq alınmayıb (gülür). Bizim məktəbdə bu idman növü üçün şərait var idi. Özümü Qəbələdə 1-2 dəfə stend atıcılığından yoxlamışam. Bir neçə dəqiq atışım olub”.

Nazir idmançıların Bakı Atıcılıq Mərkəzininin dünya standartlarından üstün qiymətləndirməsini Azərbaycan idmanı üçün yüksək göstərici hesab etdiyini bildirib: “Bilirsiniz ki, burda ilk Avropa oyunları keçirildi. Həmin hadisə Azərbaycan üçün böyük nəticə idi. Oyunlar üçün fərqli məkanlar lazım idi. Yeni idman mərkəzləri tikildi. Mövcüd məkanlar təmir olundu. Bu gün Azərbaycana ancaq dünya kubokunda iştirak etmək üçün gəlmirlər. Bakı Atıcılıq Mərkəzinə dünyanın müxtəlif ölkələrindən təlim-məşq toplanışına gələnlər də var. Təbii ki, bu, iqtisadi cəhətdən də bizim üçün yaxşıdır. Həm də azərbaycanlılar digər ölkənin atletləri ilə birgə məşq edirlər. Bundan əlavə, xariclərdən nəsə öyrənirlər”.

Gənclər və İdman naziri Azərbaycanın gözəl idman məkanları - gimnastika, su idmanı sarayı olduğunu bildirib, belə məkanların təkcə Bakıda deyil, bölgələrdə də olduğunu, Azərbaycanın bölgələrində də beynəlxalq səviyyəli yarışlar keçirməyin mümkünlüyünü vurğulayıb. “Təlim-məşq toplanışları üçün də Azərbaycan yaxşı yerdir. Dağlıq ərazilərimiz, dənizimiz var. Bir sözlə, Azərbaycanda idman üçün hər cür şərait var. İnşallah, nəticələrimiz də buna uyğun olacaq” – Gənclər və İdman naziri Fərid Qayıbov deyib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Region

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Region

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Region

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Region

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

Futbol

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Biznes

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək