Fərəh Əliyeva: "Yüksəliş" uğurlu insanların bir-biri ilə yarışdığı platformadır
Far.Az xəbər saytı

Fərəh Əliyeva: "Yüksəliş" uğurlu insanların bir-biri ilə yarışdığı platformadır


"Yüksəliş" sadəcə adi bir yarışma deyil, bu, uğur qazanmış insanların müsabiqəsidir.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbəri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva VI "Yüksəliş" yarışmasının final mərhələsinin açılış tədbiri çərçivəsində söyləyib.

Onun sözlərinə görə, burada artıq real həyatda nailiyyət əldə etmiş, bilik və bacarıqları sayəsində öz karyerasını və həyat yolunu formalaşdırmış, eyni səviyyədə olan digər uğurlu şəxslərlə rəqabət aparan insanlar bir araya toplanır:

"Əminəm ki, müsabiqə yekunlaşdıqdan sonra bir çoxunuz yeni dostluqlar quracaq, yeni peşəkar əlaqələr yaradacaqsınız. Bu da "Yüksəliş"in ən əhəmiyyətli dəyərlərindən biridir. Biz yarışmada bilikli, bacarıqlı, öz sahəsinin mütəxəssisi olan, eyni zamanda, dövlətçiliyə sədaqətli, sağlam mənəvi prinsiplərə əsaslanan, məsuliyyət duyğusu güclü olan insanların qalib gəlməsini arzu edirik. Elə şəxsiyyətlər ki, məsuliyyəti təkcə özünə, ailəsinə və işinə qarşı deyil, eyni zamanda, dövlətinə, xalqına və millətinə qarşı da hiss edirlər".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər