Ramin Məmmədov Mərdəkan və Buzovnadakı tarixi dini abidələrdə olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki "Pir Həsən" ziyarətgah kompleksində və Buzovna qəsəbəsindəki "Cümə" məscidində olub.
Bu barədə "Report"a komitədən məlumat verilib.
Sədr bildirib ki, tarixi-dini ocaqların qısa müddətdə bərpa olunaraq yenidən istifadəyə verilməsi Prezident İlham Əliyevin diqqətinin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərə xüsusi ehtiramının növbəti əyani sübutudur.
Qeyd edilib ki, həm "Pir Həsən" ziyarətgah kompleksindəki müqəddəs türbələr, ərazidə dəfn olunmuş dahi şəxsiyyətlərin məzarları, həm də Buzovna "Cümə" məscidi xalqımızın mənəviyyat rəmzləridir və dövlətin diqqəti sayəsində öz tarixi əzəmətinə qovuşublar.
Ramin Məmmədov bu qəbildən olan layihələrin xalqımızın çoxəsrlik mədəni və mənəvi irsinin gələcək nəsillərə bütöv şəkildə ötürülməsi baxımından müstəsna əhəmiyyət daşıdığını deyib. Komitə sədri vurğulayıb ki, tarixi ibadətgahların öz orijinallığı ilə qorunub saxlanılması gənclərdə milli kimliyə bağlılıq, tarixi yaddaş və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi rol oynayır.
Din xadimləri bu müqəddəs məkanların qorunmasına və əsaslı şəkildə təmir edilərək xalqın ixtiyarına verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən təmin edilən bu yüksək şəraitin cəmiyyətdə milli-mənəvi birliyin möhkəmləndirilməsi, dini maarifləndirmə istiqamətindəki fəaliyyətlərin daha səmərəli təşkilinə möhkəm zəmin yaratdığını qeyd ediblər.
Qeyd edək ki, görüşlərdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov da iştirak edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib
-
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb













