Təhsil naziri Emin Əmrullayev məktəblərdə "Son zəng"in keçirilməsinə münasibət bildirib.
"APA-Economics" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu, ilk növbədə Operativ Qərargahın qərarı ilə olmalıdır:
"Çünki Azərbaycanda COVİD-lə bağlı məsələ Operativ Qərargahla məsləhətləşmə əsasında həyata keçirilir. Hazırda pandemiya şərait davam edərsə, yəqin ki, ənənəvi qaydada son zəngin keçirilməsi mümkün olacaq",- deyə nazir qeyd edib.