V Milli Yaylaq festivalının ikinci günü keçirilir
V Milli Yaylaq festivalının ikinci günü də çox böyük insan izdihamı ilə davam edir.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, festival çərçivəsində ziyarətçilər Azərbaycanın milli mədəniyyətini, qədim el sənətlərini, ənənəvi kənd həyatını və Azərbaycan mətbəxinin zəngin nümunələrini yaxından tanımaq imkanı əldə ediblər.
Milli idman növləri və etnospor üzrə təşkil olunan proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılayır.
Üç gün davam edəcək festivala ölkənin müxtəlif bölgələrindən, həmçinin xarici dövlətlərdən çoxsaylı qonaqlar qatılıb.
Turist Orxan Musayev deyib ki, ilk dəfədir bu festivalda iştirak edir:
"Çox maraqlı keçir. Həm özümüzün, eyni zamanda digər türkdilli xalqların mədəniyyəti, tarixi, rəqsləri və digər ənənələrini əyani olaraq gördüm. Burada vaxt rəngarəng və əyləncəli keçir".
Macarıstanlı Fəhir Yojef bildirib ki, Macarıstan Turan Fondundan qonaq qismində festivala gəlib:
"Biz burada Azərbaycanlı qardaşlarımıza onlarla bir yerdə və yaxın qohum olduğumuzu göstərmək üçün gəlmişik. Artıq 3 dəfədir ki, burada iştirak edirəm. Dəvət ücün təşəkkür edirəm".
Oxşar xəbərlər
Antalyada 8-ci Etnospor Forumu baş tutub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Yaylaq festivalında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
-
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
-
İƏT Pakistandakı terroru pisləyib
-
ƏSF: Elektron Auksion Portalında birbaşa satış həddinin artırılması planlaşdırılır
-
Festivalda xəsarət alan yeddi nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2













