Harris son sorğuda Trampı 3 faiz qabaqlayır
Far.Az xəbər saytı

Harris son sorğuda Trampı 3 faiz qabaqlayır


ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris eks-prezident, respublikaçı Donald Trampı seçki reytinqində üç faiz bəndi ilə qabaqlayır.

“Report”un “The Hill”ə istinadən xəbər verir ki, bunu “YouGov” sosioloji xidməti tərəfindən keçirilən sorğunun nəticələri sübut edir.

Nəticələrə görə, Harris respondentlərin 50 %-nin, Tramp isə 47 %-nin dəstəyini alıb.

“YouGov”un bundan əvvəlki 16 oktyabr sorğusunda Harrisin 250, Trampın isə 219 səs topladığı deyilirdi.

“YouGov” Nevada, Arizona, Viskonsin, Pensilvaniya, Şimali Karolina və Corciyanı "yelləncək" ştatlar adlandırıb. Harris Nevada, Viskonsin, Pensilvaniya və Şimali Karolinada, Tramp isə qalan ştatlarda populyardır.

Sorğu 25-31 oktyabr tarixlərində ABŞ-nin 57 784 seçici arasında aparılıb. “The Hill” və “Decision Desk” seçki monitorinq saytı tərəfindən 324 sorğu əsasında aparılan təhlillərdə Harris Trampı cəmi 0,3 % (48,3 %-ə qarşı 48 %) qabaqlayır.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 5 noyabrda keçiriləcək. Florida Universitetinin məlumatına görə, artıq 70 milyondan çox insan erkən səsvermədə iştirak edib.

Oxşar xəbərlər

ABŞ-nin “tərəddüd edən” ştatlarında Tramp və Harrisə dəstək təxminən bərabərdir
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
NYT: Tramp və Harrisin seçici dəstəyi demək olar ki, eyni səviyyədədir
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Trampla Harrisin seçim tərəddüdündə olan ştatlarda populyarlıq göstəriciləri bərabərləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər