Parisdə Qarabağın işğaldan azad olunmasına həsr edilmiş konsert keçirilib
Fransanın paytaxtı Parisdə Qarabağın işğaldan azad olunmasına həsr edilmiş konsert keçirilib.
"Report"un yerli bürosu bildirir ki, "Muğam - sülhün səsi" muğam - jazz konsertində Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva, diplomatlar, yerli siyasətçilər, iş adamları, elm xadimləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən L.Abdullayeva Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarının 2020-ci ildə 44 günlük Vətən Müharibəsində işğaldan azad olunduğunu diqqətə çatdırıb. O, tarixi torpaqlarımızın azad edilməsinin Azərbaycan xalqı üçün böyük rəmzi məna daşıdığını, ədalətin bərpa olunması sevinci yaratdığını bildirib.
Səfir konsertin sülhə həsr edildiyini, torpaqlarının işğalı ilə əlaqədar iki dəfə müharibə aparmağa məcbur olmuş Azərbaycanın sülhə verdiyi əhəmiyyət, davamlı sülh naminə göstərdiyi səylərə də toxunub.
Səfir həmçinin qonaqlara xalqımızın bədii yaradıcılığının zəngin hissəsi, unikal sənət nümunəsi muğam, Azərbaycanda jazz musiqi janrının inkişafı, Şərq aləmində ilk olan opera haqqında məlumat verib.
Konsertdə Azərbaycan muğamının və jazzın sintezini Etibar Əsədli və muğam ifaçısı İlkin Dövlətov ifa ediblər. Onları zərb alətlərində Martin Vanqermee və kontrabasda Ranto Rakotomalala müşayiət ediblər.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
-
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
-
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
-
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
-
Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər
-
"Kür" Avropa Kubokunda mübarizəni dayandırıb