Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illiyinə həsr olunmuş kitab işıq üzü görüb
Far.Az xəbər saytı

Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illiyinə həsr olunmuş kitab işıq üzü görüb


Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə hazırlanan müstəqil Azərbaycanın Olimpiya Hərəkatında iştirakına və Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinə həsr olunmuş kitab çapdan çıxıb.

MOK-dan "Far.Az"a verilən məlumata görə, "Atlanta Yay Olimpiya Oyunları-30 il" adlı bu kitab xüsusi olaraq Atlanta Yay Olimpiya Oyunlarına həsr olunub, kitabda geniş və təhlili məlumatlar verilib.

104 səhifədən ibarət olan nəşrdə Ümummilli lider Heydər Əliyevin Atlanta-1996 Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı imzaladığı Sərəncam, Olimpiadada iştirak edən nümayəndə heyətinin yolasalma, qarşılanma mərasimlərindəki çıxışları yer alıb.

"Atlanta Yay Olimpiya Oyunları-30 il" adlı kitabda XXVI Yay Olimpiya Oyunları ilə bağlı geniş məlumatlar öz əksini tapıb. Bu Olimpiadada ölkəmizi təmsil edən 23 atletin göstərdiyi nəticələr də kitabın əsas hissəsini təşkil edir.

Nəşrdə milli komandanın heyətində yer alan şəxslərin müsahibələri və xatirələri də geniş oxucu marağına səbəb olacaq. Atlanta-1996 Yay Olimpiya Oyunları zamanı ekskuliziv fotoların da bəziləri kitaba daxil edilib.

Müstəqil Azərbaycanın Olimpiya Hərəkatındakı ilk qızıl səhifəsi sayılan Atlanta Olimpiadasından bəhs edən bu nəşr şübəsiz ki, ölkəmizin idman tarixi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər