Bəşir Hacıyev və Ramin Məmmədov Kəlbəcərdəki qəbiristanlıqlara baxış keçiriblər
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcərdəki qəbiristanlıqlara baxış keçiriblər.
Bu barədə "Far.Az"a komitədən məlumat verilib.
Qeyd edilib ki, baxış zamanı işğal dövründə vandalizmə məruz qalmış və dağıdılmış qəbiristanlıqların mövcud vəziyyəti nəzərdən keçirilib, bu ərazilərdə görüləcək quruculuq və abadlıq işləri, tarixi-mədəni irs nümunələrinin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində planlaşdırılan tədbirlər müzakirə edilib.
Vurğulanıb ki, bu məkanlar xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və mədəni irsinin mühüm daşıyıcılarıdır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə qəbiristanlıqların bərpa edilməsi, mühafizəsi və dövlət reyestrinin aparılması xüsusi əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində Kəlbəcər rayon sakinləri ilə də görüş keçirilib. Görüşdə rayonun tarixi-mədəni və dini irsinin, o cümlədən qəbiristanlıqların bərpası, abadlaşdırılması və gələcəkdə sistemli şəkildə idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, vətəndaşların rəy və təklifləri dinlənilib.
Oxşar xəbərlər
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
-
Füzulidə açıq ərazidə yanğın baş verib













