Türkiyənin media nümayəndələri Xankəndidə genişmiqyaslı işlərlə tanış olublar - YENİLƏNİB
Far.Az xəbər saytı

Türkiyənin media nümayəndələri Xankəndidə genişmiqyaslı işlərlə tanış olublar - YENİLƏNİB


Türkiyədən olan bir qrup media nümayəndəsi avqustun 4-də Qarabağa səfər çərçivəsində Xankəndi şəhərində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Far.Az"a verilən məlumata görə, qonaqlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, inşa olunan yaşayış və sosial infrastruktur obyektləri ilə yaxından tanış olublar.

Qeyd edilib ki, bu səfər Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, "Böyük Qayıdış" proqramı çərçivəsində görülən tədbirləri və bölgədə formalaşan yeni reallıqları, yerində media nümayəndələrinə nümayiş etdirməkdir.

Türkiyənın xəbər kanalları və informasiya agentliklərinin nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Ağdam rayonu ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olub.

Bu barədə "Far.Az"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, media nümayəndələri Azərbaycanın üzləşdiyi mina problemi, bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də tətbiq olunan müasir texnologiyalar və təhlükəsiz bərpa prosesində humanitar minatəmizləmənin rolu barədə ətraflı məlumatlandırılıb, müsahibələr verilib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər