Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin beş generalı və bir polis polkovnikini vəzifəsindən azad edib.
FAR.AZ-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, Putin bu barədə bu gün sərəncam imzalayıb.
Putin DİN-in Vladimir vilayəti üzrə idarəsinin rəisi, polis general-mayoru Vasili Kukuşkini, Altay Ərazisi üzrə Baş İdarəsinin rəis müavini general-mayor Aleksandr Laası, Yaroslavl vilayəti üzrə idarəsinin rəisi, general-mayor Andrey Lipilini, Nazirliyin Əməliyyat İdarəsinin rəisi, general-mayor Aleksandr Udovenkonu, maddi-texniki və tibbi təminat idarəsinin rəis müavini, general-mayor Yuri İnstrankini və ekspert-kriminalistika Mərkəzinin rəisinin birinci müavini, polis polkovniki Emil Musini vəzifəsindən azad edib.