Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün keçiriləcək icbari təlimə qeydiyyat başlayıb.
Bu barədə "Far.Az"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə iştirak etmək istəyən namizədlər 6 avqust tarixindən 5 sentyabr saat 23:59-dək elektron ərizə formasını dolduraraq və tələb olunan sənədlərin skan olunmuş surətini əlavə edərək müraciət edə bilərlər.
Elektron ərizə formasına əlavə ediləcək sənədlərin siyahısı aşağıdakılardır:
• şəxsiyyəti təsdiq edən sənədin skan olunmuş surəti;
• ali təhsil haqqında sənədin notariat qaydasında təsdiq edilmiş və skan olunmuş surəti;
• 1 ədəd 3x4 sm ölçüdə fotoşəklin skan olunmuş surəti.
Müraciət elektron qaydada qəbul edilir.
İcbari təlim ödənişli əsaslarla həyata keçirilir.
Qeyd edək ki, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində müəyyən edilən tələblərə cavab verməsi zəruridir.
Əlavə məlumat əldə etmək üçün namizədlər (+994 12) 493 71 31 (daxili 125) nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb













