Naxçıvan Azərbaycanın inkişafında strateji mövqeyini sürətlə gücləndirir - RƏY
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvan da ölkənin dinamik tərəqqi xəritəsində xüsusi yer tutur. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın muxtar respublikaya səfəri Naxçıvanın artan strateji əhəmiyyətinin növbəti bariz göstəricisidir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O qeyd edib ki, onilliklər ərzində nəqliyyat blokadasının yaratdığı çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Naxçıvanda güclü infrastruktur, energetika, sənaye, kənd təsərrüfatı və sosial bünövrə formalaşdırılıb:
"Məhz bu sağlam iqtisadi təməl bu gün muxtar respublikanın keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edir.
K.Bayramov qeyd edib ki, bu yeni mərhələyə hazırlıq artıq geniş miqyasda həyata keçirilir:
"Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı infrastruktur, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, energetika və turizmi əhatə edir. Xüsusilə yaşıl energetika sahəsində ciddi irəliləyişlər mövcuddur; muxtar respublika yaşıl enerji zonası elan olunub və 2024-cü ildə istehsal edilən elektrik enerjisinin təxminən 48%-i bərpa olunan mənbələrin payına düşüb. Gələcəkdə Günəş elektrik stansiyalarının tikintisi və Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin inkişafı nəzərdə tutulur. Eyni zamanda, iqlim imkanları, irriqasiya sistemlərinin modernləşdirilməsi və nəqliyyat əlaqələrinin açılması kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycan və Türkiyə bazarlarına rahat çıxışını təmin edəcək".
Bununla yanaşı, deputat vurğulayıb ki, yeni avtomobil və dəmir yolları faydalı qazıntıların və sənaye məhsullarının daşınma xərclərini azaldaraq dağ-mədən və sənaye sektorlarının cəlbediciliyini kəskin artırır.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













