Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur - RƏY
Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur.
Bu fikirləri "Far.Az"a açıqlamasında Milli Məclisin üzvü Elnarə Akimova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri adi işgüzar səfər çərçivəsinə sığmayan, həm Naxçıvanın gələcək inkişaf modelini, həm də Azərbaycanın regional geosiyasi və iqtisadi strategiyasını aydın şəkildə nümayiş etdirən mühüm hadisədir:
"Səfər boyu təqdim edilən layihələr, verilən mesajlar, hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsi və günün sonunda Azərbaycan Televiziyasına verilən geniş müsahibə əslində vahid bir konsepsiyanın müxtəlif istiqamətlərini tamamlayırdı: Naxçıvanın təhlükəsiz, müasir, iqtisadi cəhətdən güclü və Azərbaycanı Türk dünyası ilə daha sıx birləşdirən strateji mərkəzə çevrilməsi".
"Çünki Naxçıvanın gələcəyi yalnız büdcə və sosial layihələrlə deyil, istehsal, investisiya, ixrac, yeni texnologiyalar və dayanıqlı məşğulluqla təmin olunmalıdır. Sənaye Parkı məhz bu məqsədə xidmət edən mühüm platformadır. Digər tərəfdən, Prezidentin Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxması və dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olması regionun inkişafında nəqliyyat və ekoloji yanaşmanın ön plana çəkildiyini göstərir. Bu, sadəcə şəhər nəqliyyatının yenilənməsi deyil. Elektrik nəqliyyatının tətbiqi, dəmir yolunun modernləşdirilməsi və gələcək logistika imkanlarının genişləndirilməsi Naxçıvanın yeni iqtisadi modelinin əsas elementləridir".
E. Akimova bildirib ki, Prezidentin Naxçıvan şəhərinin "2044-cü ilədək inkişafına dair Baş Plan"ı ilə tanış olması isə məsələyə daha geniş perspektivdən baxıldığını nümayiş etdirir:
"Bu, bir neçə illik deyil, onilliklərə hesablanmış şəhərsalma strategiyasıdır. Naxçıvanın müasir şəhər kimi inkişafı, turizm imkanlarının artırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, yaşayış və sosial infrastrukturun genişləndirilməsi qədim şəhərin tarixi simasının qorunması ilə müasirliyin vəhdətinə əsaslanmalıdır. Mədəni irslə bağlı addımlar da səfərin ayrıca mənəvi xəttini təşkil etdi. Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq və Əcəmi Naxçıvaninin abidəsinin açılışı Naxçıvanın yalnız iqtisadi və strateji əhəmiyyətini deyil, Azərbaycan dövlətçilik və mədəniyyət tarixindəki misilsiz yerini önə çıxardı. Əcəmi Naxçıvani kimi dahi memarın irsinin yaşadılması, Möminə xatun türbəsinin qorunması Azərbaycan tarixinin daş yaddaşının gələcək nəsillərə ötürülməsi deməkdir".
O, səfərin hərbi istiqamətinin də mühüm mesaj daşıdığını ifadə edib.
"Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə döyüş bayraqlarının təqdim olunması Naxçıvanın Azərbaycanın təhlükəsizlik sistemindəki xüsusi rolunu bir daha təsdiqlədi. Naxçıvan Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı olsa da, milli təhlükəsizlik baxımından heç vaxt ayrıca düşünülə bilməz. Əksinə, bugünkü Naxçıvan güclü ordunun, müasir hərbi imkanların və yüksək döyüş hazırlığının təminat verdiyi strateji qaladır".
Deputatın sözlərinə görə, bu səfər bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur:
"Əgər ötən əsrin ən ağır illərində bu qədim torpaq Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və naxçıvanlıların qəhrəmanlığı ilə qorunmuşdusa, bu gün həmin torpağın qarşısında tamamilə yeni tarixi missiya dayanır. Naxçıvan artıq yalnız qorunan sərhəd məkanı deyil, Azərbaycanı Türk dünyasına, Türkiyəni Mərkəzi Asiyaya, Şərqi Qərbə bağlayan böyük geosiyasi körpünün mühüm dayaqlarından biridir. Bu mənada Prezident İlham Əliyevin səfərindən dünyaya verilən mesaj son dərəcə aydındır: Azərbaycan öz gələcəyini özü müəyyənləşdirir, öz yollarını özü qurur və regional reallıqların formalaşmasında passiv müşahidəçi deyil, əsas təşəbbüskar dövlətlərdən biridir. Naxçıvanda qoyulan hər bir təməl, açılan hər bir obyekt və verilən hər bir Döyüş bayrağı əslində Azərbaycanın yeni əsrdə qarşısına qoyduğu böyük məqsədlərin ayrı-ayrı ifadələridir. Bu məqsəd isə yalnız inkişaf edən Naxçıvan deyil, güclənən Azərbaycan və dəyişən Cənubi Qafqazın sabahıdır".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
-
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib













