Çin Media Korporasiyası azərbaycanlı jurnalistlərə 10-dan çox sənədli film təqdim edib
Çin Media Korporasiyası (CMG) Azərbaycanla audiovizual və mədəni mübadilənin inkişafı çərçivəsində azərbaycanlı jurnalistlərə ondan çox sənədli film təqdim edib.
"Report" xəbər verir ki, bu barədə CMG-nin Audiovizual tərcümə və istehsalat mərkəzinin direktoru Van Lu "İrs keşikçisi" sənədli filminin təqdimatına həsr olunmuş tədbirdə bildirib.
"Ümid edirik ki, korporasiyamız tərəfindən yaradılan bu audiovizual proqramlar sivilizasiyaların qarşılıqlı zənginləşməsi və ölkələrimiz arasında mədəni mübadilə üçün əlaqələndirici halqa olacaq", - o bildirib.
Van Lu qeyd edib ki, "Si Cinpinin mədəni bağlılığı" filmi CMG-nin Azərbaycan dilinə tərcümə olunan ilk audiovizual işi olub.
Onun sözlərinə görə, film Çinin mədəni irsinin qorunması və inkişafı tarixindən bəhs edir. Film Si Cinpinin mədəni irsin qorunmasına və tarixi varisliyin davam etdirilməsinə yanaşmasını nümayiş etdirir.
O, həmçinin bildirib ki, təqdim olunan proqramlar arasında Çin şəhərlərinin inkişafı, süni intellekt, ənənəvi sənətkarlıq, robot istehsalı, Çin tarixi, ənənəvi Çin təbabəti, çay mədəniyyəti və mətbəxi haqqında filmlər var.
Van Lu Çin və Azərbaycan arasında dərin tarixi və mədəni əlaqənin olduğunu vurğulayıb.
"Azərbaycanda qədim bir atalar sözü var: "Kökünü unudan budaq solur". Çində də belə bir hikmət var: "Köksüz ağac quruyar, mənbəsiz su tükənər". Bu, hər iki böyük sivilizasiyada köklərin qorunmasına ortaq və dərin bağlılığımızın təsdiqidir", - o bildirib.
Səfir əlavə edib ki, filmin premyerası tərəflərin birgə səylərinin nəticəsidir. O, iki ölkə mediası arasında əlaqələrin və əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













