Adil Kərimli: Tofiq Bakıxanovun yaratdığı əsərlər böyük bir məktəb formalaşdırır
Far.Az xəbər saytı

Adil Kərimli: Tofiq Bakıxanovun yaratdığı əsərlər böyük bir məktəb formalaşdırır


Xalq artisti Tofiq Bakıxanov Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında böyük fəaliyyət göstərmiş görkəmli şəxsiyyətdir.

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli mərhum Tofiq Bakıxanovla keçirilən vida mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Xalq artisti dünya mədəniyyətinin inkişafına öz təsirini göstərib:

"Onun yaratdığı əsərlər, çoxşaxəli fəaliyyəti, keçirdiyi tədbirlər və qoyduğu böyük iz dünyamız üçün çox əhəmiyyətlidir və böyük bir məktəb formalaşdırır. Əlbəttə, onun əsərləri hamıya məlumdur. Amma onun təvazökarlığı, insanlığı, dövlətinə, vətəninə, millətinə olan sevgisi əsərlərində də xüsusi şəkildə əks olunub. Hər bir əsər özünəməxsusdur".

A.Kərimli qeyd edib ki, Azərbaycan dövləti onun yaradıcılığını və çoxillik fəaliyyətini daim yüksək qiymətləndirib:

"Tofiq Bakıxanov bir çox fəxri adlara və dövlət təltiflərinə layiq görülüb. Təbii ki, bütün bu təltiflər onun əməyinə və fəaliyyətinə göstərilən böyük hörmətin ifadəsi idi. O, bizim üçün çox hörmətli sənətkardır. İnanıram ki, onun əbədi xatirəsi hər birimizin qəlbində yaşayacaq. Tofiq Bakıxanov dünyada musiqi sənətini yaşadan və sevən insanların qəlbində, düşüncəsində yaşayacaq".

Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Adil Kərimli Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər