Baş Prokurorluq: Köçəryana qarşı cinayət istintaqı başlanılıb - YENİLƏNİB-3
Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 epizod) ittihamları üzrə açıq cinayət istintaqına başlanılıb.
"Report"un məlumatına görə, bu barədə "Aysor" xəbər verir.
Antikorrupsiya Komitəsinin apardığı istintaq çərçivəsində müəyyən edilib ki, 1998-2008-ci illərdə Ermənistan prezidenti vəzifəsini tutmuş Köçəryan bir sıra şəxslərlə əlbir hərəkət edərək və şəxsi və özəl maraqlardan çıxış edərək, dövlət mülkiyyətini özünə, onunla əlaqəli şəxslərə və şirkətlərə güzəştli şərtlərlə, o cümlədən bazar qiymətindən xeyli aşağı qiymətə və açıq hərraclar keçirilmədən ötürmək, habelə bu mülkiyyətin cinayət yolu ilə əldə edilməsini gizlətmək və ona qanuni görkəm vermək məqsədilə xidməti səlahiyyətlərindən istifadə edib.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi üzrə aparılan istintaq çərçivəsində altı nəfər, o cümlədən sabiq prezident Robert Köçəryan, onun oğlu Sedrak və cinayət sxemləri ilə əlaqəli olduğu ehtimal edilən digər şəxslər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işinin materiallarına əsasən, Robert Köçəryanın ona yaxın şəxslərlə əvvəlcədən əldə olunmuş razılaşma əsasında hərəkət edərək və öz qulluq mövqeyindən istifadə edərək, müxtəlif uydurma bəhanələrlə ictimai-iqtisadi əhəmiyyət kəsb edən bir sıra qiymətli daşınmaz əmlak obyektlərini dövlət mülkiyyətindən çıxardığı və bazar qiymətindən xeyli aşağı qiymətə əldə etdiyi barədə faktiki məlumatlar əldə edilib.
İbtidai istintaqın məlumatlarına görə, faktiki mülkiyyət hüququnu və kriminal mənşəyini gizlətmək məqsədilə əmlak əlaqəli şirkətlərə verilib. Nəticədə əldə edilmiş daşınmaz əmlak tikinti və satış, üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirmə, o cümlədən bağışlanma yolu ilə satılıb.
İbtidai istintaq çərçivəsində 2001-2019-cu illər ərzində sabiq prezidentin oğlunun adına həyata keçirilmiş, ümumi məbləği təxminən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon rubl olan pul köçürmələri ilə bağlı hallar da öyrənilir. Bundan başqa, cinayət təqibinə cəlb edilmiş şəxslərə və onların ailə üzvlərinə məxsus olan, Ermənistanda və xaricdə otuzdan çox daşınmaz əmlak obyektinin əldə edilməsi halları araşdırılır.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Aysor" Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən məlumat yayıb.
"Ermənistanın Antikorrupsiya Komitəsinin korrupsiya cinayətləri üzrə apardığı təhqiqat çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir. Zərurət yarandıqda, əlavə məlumat veriləcək", - komitənin açıqlamasında bildirilir.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
"Report" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.
Vergi xidməti Köçəryanlar ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. Həmçinin "Oranj fitnes" idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub - YENİLƏNİB-2
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub
-
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb













