Beynəlxalq mediaforumun iştirakçıları Özbəkistanda İmam əl-Buxari kompleksini ziyarət ediblər
Far.Az xəbər saytı

Beynəlxalq mediaforumun iştirakçıları Özbəkistanda İmam əl-Buxari kompleksini ziyarət ediblər


Özbəkistanda keçirilən "İslam sivilizasiyası" beynəlxalq mediaforumu çərçivəsində iştirakçılar Səmərqənd vilayətindəki İmam əl-Buxari memorial kompleksini ziyarət ediblər.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, kompleks şəhərdən təxminən 25 km məsafədə, Xartanq kəndində yerləşir. Burada İmam əl-Buxari kimi tanınan görkəmli İslam alimi və hədis toplayıcısı Məhəmməd ibn İsmayıl əl-Buxari (810–870) dəfn olunub.

Genişmiqyaslı yenidənqurma işlərindən sonra kompleksin ərazisi böyüyərək təxminən 44-45 hektara çatıb. Burada İmam əl-Buxarinin məqbərəsi, cümə məscidi, muzey, kitabxana, xiyabanlar, su kompozisiyaları və ziyarətçilər üçün istirahət zonaları yerləşir.

Xəbər yenilənir

Oxşar xəbərlər

Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Özbəkistandakı elmi konfrans iştirakçıları İmam Buxari məqbərəsini ziyarət ediblər
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Azərbaycanda onlarla məsciddə VAKANSİYA VAR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər