"Yay Fest 2026"nın "Startap və Sahibkarlıq" düşərgəsi başa çatıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən Yay Fest 2026 çərçivəsində "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan "Startap və Sahibkarlıq" düşərgəsi başa çatıb.
"Far.Az" xəbər verir ki, düşərgənin əsas məqsədi gənclərin sahibkarlıq və startap ekosistemi haqqında biliklərinin artırılması, innovativ düşüncə və biznes bacarıqlarının inkişaf etdirilməsi, yeni ideyalarının formalaşdırılması, eləcə də liderlik və komanda ruhunun gücləndirilməsi olub.
Düşərgə çərçivəsində müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələrinin iştirakı ilə gənclər üçün mövzu ətrafında görüşlər, müxtəlif təlimlər, praktiki sessiyalar və vörkşoplar təşkil olunub.
"Bu meydança sənin zamanın!", "İnnovasiya və startap nədir?" və "Startapların hüquqi statusu" təlimləri, "Startapdan uğura", "Uğurlu sahibkarlığın sirrləri" və "Biznes psixologiyası" mövzularındakı panel görüşləri zamanı iştirakçılara ideyanın formalaşdırılması və inkişaf etdirilməsi, innovasiya və startap anlayışları, startapların fəaliyyət prinsipləri, eləcə də hüquqi məsələlər barədə məlumat verilib.
Bildirilib ki, gənclər, həmçinin sahibkarlıq və startap sahəsində təcrübəli şəxslərlə fikir mübadiləsi apararaq uğurlu biznesin qurulması, ideyanın reallaşdırılması, qarşıya çıxan çətinliklərin dəf edilməsi, sahibkarlıq fəaliyyətində düzgün qərarvermə, biznesdə psixoloji amillər və uğura aparan əsas amillər barədə müzakirələr aparılıb.
Düşərgə müddətində gənclər və idman naziri Fərid Qayıbov və "Xəzər" TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşovla gənclərin görüşü baş tutub.
İştirakçılar həmçinin Şamaxı Cümə məscidini və "Capybara land"i ziyarət edərək bölgənin tarixi-mədəni irsi və təbiəti ilə də tanış olublar. Bununla yanaşı, keçirilən master-klasslar gənclərin rəngli dünyalarını ortaya çıxarmağa şərait yaradıb. Hər günün sonu gənclərin sevimli müğənnilərinin canlı ifaları isə gənclərə əsl festival ab-havası yaşadıb.
Qeyd edək ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest 2026" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...













